/ / Azərbaycan XİN rəhbəri: "Ümid edirik ki, Ermənistan, nəhayət danışıqlara səmimi şəkildə qoşulacaq"
Azərbaycan XİN rəhbəri: "Ümid edirik ki, Ermənistan, nəhayət danışıqlara səmimi şəkildə qoşulacaq"
25.09.2022 [09:37]
"Ümid edirik ki, Ermənistan nəhayət konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ermənistanın təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib:
"12-14 sentyabr 2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan humanitar nəticələrin aradan qaldırılması ilə məşğuldur, bu kontekstdə ölən əsgərlərin qalıqlarını birtərəfli qaydada Ermənistana qaytarmağa hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalaq Qırmızı Xaç Komitəsini məlumatlandırıb".
C.Bayramov qeyd edib ki, Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz:
"Əslində, son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. Bundan əlavə, son gərginlik Ermənistandan son 30 ildə müşahidə etdiyimiz nümunəyə çox uyğun gəlir. Ermənistan hər dəfə sıçrayışa nail olmaq üçün həlledici mərhələdə lazımi qərarlar qəbul etmək məsuliyyətindən yaxa qurtarmaq vasitəsi kimi analoji ciddi təxribata əl atırdı. Biz arzu edərdik ki, Ermənistanın indiki rəhbərliyi öz sələflərinin regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini bir daha qəsdən bağlamaq yolu ilə getməsin".
Nazir bəyan edib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir və Ermənistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır.
"Əvəzində Ermənistan mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə regionda proqnozlaşdırıla bilən sabit vəziyyət yaratmaq üçün davam edən normallaşma prosesinə konstruktiv şəkildə qoşulmalıdır. Bu kontekstdə Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il avqustun 31-də Brüsseldə Aİ Şurasının sədri ilə keçirilən dördüncü görüşündə əldə olunan razılığa əsasən, Azərbaycan təxirə salmadan Ermənistana sülh müqaviləsi üzrə praktiki işə başlamağa hazır olduğunu bir daha bəyan edib. Görüşdən dərhal sonra biz Ermənistana belə danışıqlar üçün konkret tarix və məkan təklif etdik", - C.Bayramov vurğulayıb.
XİN rəhbəri əlavə edib ki, ərazilərini uzunmüddətli xarici hərbi işğaldan azad edən Azərbaycan onların mümkün olan ən yüksək standartlara uyğun olaraq tam şəkildə yenidən qurulması və yenidən inteqrasiyası istiqamətində səylərini əsirgəməməkdə əzmlidir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

