Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq aləmi aldatmaq cəhdi...

Beynəlxalq aləmi aldatmaq cəhdi...

05.10.2022 [10:27]

Ermənilər vəhşi əməllərinə görə cavab verməlidir

Sülh prosesinin intensivləşdiyi dövr­də Ermənistan yenidən öz məkrli simasını göstərdi. Bu ölkənin yaydığı feyk görüntülər Ermənistanın sülh prosesini ləngitməsinə xidmət edir. Eyni zamanda, bu kimi yalanlarla yenidən beynəlxalq aləmi aldatmaq niyyətində olan Ermənistan düşdüyü çətin durumdan xilas yolu axtarır, öz əməllərini ört-basdır etmək istəyir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan XİN-nin hərbi cinayətlərlə bağlı bəyanatını şərh edib. Şərhdə bildirilir ki, Ermənistan XİN-nin 2022-ci il 2 oktyabr tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir. Vurğulanır ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır.

Belə ki, 2022-ci il sentyabrın 17-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan edib: “Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən hələ Birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, yalnız bir gecədə 1992-ci il fevralın 26-da Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib. 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib”.

Bəyanatda vurğulanır ki, Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən, yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur. XİN-nin açıqlamasında o da bildirilir ki, Ermənistan hökuməti bu günədək törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bu günədək heç bir əməli tədbir görməyib: “Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik”.

Qeyd edildiyi kimi, beynəlxalq aləmi çaşdırmağa, daha doğrusu, aldatmağa yönəlik bu addımlar isə artıq işə yaramır. Çünki Azərbaycanın yürütdüyü çevik, operatv xarici siyasət kursu Ermənistanın bütün yalanlarını ifşa edir. Yəni, ermənilərin bu kimi yalanları artıq Qərb tərəfindən də ciddi qəbul edilmir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz “Twitter” səhifəsində yazıb ki, “bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Onlar araşdırılmalıdır və əgər doğrudursa, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”.

Məsələ ilə bağlı fikirlərini bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də bildirib ki, Ermənistan tərəfi var gücü ilə sülh sazişinin imzalanması prosesini ləngitməyə çalışır. Təxribatçı addımlar, bəyanatlar, yalan görüntülərin cəmiyyətə sırınması manipulyasiya xarakteri daşıyır: “Bunun arxasında isə Ermənistanın çirkin niyyəti dayanır. Ermənistan tərəfindən guya azərbaycanlıların erməni əsirlərinə qarşı işgəncələri ilə bağlı görüntüləri feykdir, həqiqətə uyğun deyil. Qeyd edim ki, bununla bağlı dərhal Respublika Hərbi Prokurorluğu tərəfindən araşdırılmalara başlaşması ilə bağlı məlumat verildi. Bu da çox normal yanaşmadı. Çünki hər hansı bir görüntü ilə bağlı araşdırılma aparılmalıdır ki, bunun nə qədər doğru olub - olmaması ortaya çıxsın. Ermənilərin bu “feyk görüntüləri” indiki halda yaymaqda məqsədi isə sülhlə bağlı intensiv addımların qarşısını almaqdır. Bəlli olduğu kimi, Azərbaycan və Ermənistan nümayəndələri ABŞ-da və Cenevrədə görüşlər keçiriblər. Artıq danışıqların yeni mərhələsinə qədəm qoyulur. İntensivləşmə dövründə isə Ermənistan hər zaman təxribatçı addımlar ataraq prosesə mane olmağa, beynəlxalq aləmi aldatmağa çalışır. Bununla belə, bizim əlimizdə həqiqətən ermənilər tərəfindən törədilmiş işgəncə faktları ilə bağlı görüntülər mövcuddur. Əslində Ermənistanın təcavüzkar olmasını sübut etmək üçün xüsusi fakta ehtiyac yoxdur. İndiyə qədər 4 minə yaxın itkin soydaşımızın taleyi hələ də qaranlıqdır. Onlarla bağlı məlumatların verilməməsi, doğru mina xəritələrinin təqdim olunmaması, işğaldan sonrakı dövrdə ərazilərin dağıdılması, milli dəyərlərimizin təhqir edilməsi kimi erməni vəhşiliyini sübut edən minlərlə fakt mövcuddur. Bu cinayətlərə cavab verməli olan ermənilər qondarma bir görüntü ilə beynəlxalq aləmin diqqətini cəlb etməyə, onları aldatmağa çalışır”.

Ç.Qənizadə onu da bildirib ki, artıq Avropa erməni məkrini görür. Aİ rəsmisi Toivo Klaarın bəyanatı buna misaldır. “O bildirdi ki, əlində azərbaycanlılara verilən işgəncələri özündə əks etdirən görüntülər var. Amma artıq bəyanatlarla kifayətlənməməli, əməli işə keçmək lazımdır. Bu kimi cinayətkarlar öz layiqli cəzasına çatmalıdır ki, haqq, ədalət bərpa olunsun. Ötən 30 ildə olduğu kimi Ermənistanın törətdiyi vəhşiliklərə göz yumulmamalıdır. Beynəlxalq aləm, hətta postmüharibə dövründə belə erməni vəhşiliyinə göz yumur. Əsir və itkin düşmüş insanlarımızın taleyinə biganəlik nümayiş etdirirlər. Ermənistanın qarşısına ciddi tələblər qoyulmalıdır. Çünki Ermənistanın əməlləri və bu əməllərə göz yummaq beynəlxalq humanitar hüquqa arxa çevirməkdir. Bu gün bütün dünya beynəlxalq hüququn işləməsini arzulayır kimi görüntü yaradır. Amma beynəlxalq hüququn pozulmasına bütün istiqamətlərdən göz yumulur. Fikrimcə, Ermənistanın feyk görüntüləri ifşa olunacaq və bu ölkə azərbaycanlılara qarşı törətdikləri vəhşiliyə görə cavab verəcək”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Pərviz

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

MEDİA

Analitik

Prezident bu gün

Prezident bu gün

30 Noyabr 10:22

İqtisadiyyat

Xəbər lenti

Neftin qiyməti artıb

30 Noyabr 09:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31