Multikultulturalizm Mərkəzi Zəfər Günü ilə bağlı konfrans keçirib
05.11.2022 [16:07]
Noyabrın 5-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Zəfər Gününün ikinci ildönümünə həsr edilmiş "Biz birlikdə güclüyük" mövzusunda konfrans keçirilib.
Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransı giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanıb. Bizim haqq savaşımıza mane olmaq üçün bəzi dövlətlər əllərindən gələni etsələr də, bacarmadılar.
"Bu müharibədə hər bir Azərbaycan vətəndaşı həmrəy, birlikdə oldu. Müharibə dövründə olan əhval-ruhiyyə Ordumuzun haqq savaşı apardığını göstərirdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə böyük infrastruktur layihələri icra olunur. Amma düşmən yenə də bizə mane olmaq istəyir. Ərazilərimizdə ermənilər tərəfindən basdırılan minalar bu prosesləri ləngidir”, - deyə R.Həsənov vurğulayıb. İcraçı direktor bildirib ki, Azərbaycan hər zaman ədalətsizliyə qarşı mübarizə aparıb və heç vaxt ölkəmizdə dini ayrı-seçkilik olmayıb. Son yüz ildə bizim qədər böyük qələbə qazanan ölkə yoxdur. "Dağıdılmış ərazilərimizi heç kimin köməyi olmadan sıfırdan bərpa etmək böyük potensial tələb edir, bunu da Azərbaycan dövləti bacarır”, - deyə BBMM-in İcraçı direktoru vurğulayıb. O qeyd edib ki, Azərbaycanın hər bir yerində Zəfər Günü təntənəli şəkildə qeyd edilir.
Sonra ölkəmizdəki dini-milli icmaların nümayəndələrinin Vətən müharibəsində göstərdikləri birliyi əks etdirən “Biz birlikdə güclüyük” adlı videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi(QMİ) sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Mefodiy Elnur Əfəndiyev, "Azərbaycan-Avar” İctimai Birliyinin sədri Məhəmməd Nooyev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və digərləri Zəfər Günü münasibətilə konfrans iştirakçılarını, bütün xalqımızı təbrik edib, şəhidlərimizə rəhmət diləyiblər. Azərbaycanda olan milli-dini icmaların nümayəndələrinin bir yerdə və həmrəy olduqlarını vurğulayıblar.
Çıxışlarda işğaldan azad olunmuş ərazilərdəki ibadət yerlərinin ermənilər tərəfindən dağıdıldığı, orada heyvan saxlanıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycandakı bütün xalqlar Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi birləşiblər.
Şəhidlər Babək Ramaldanov, Dmitriy Solnsev, Xaliq Əzizzadə və Füzuli Əliyevin ailə üzvləri çıxış edərək onların döyüş yolundan danışıb, Azərbaycanın suverenliyi uğrunda mübarizədə göstərdikləri qəhrəmanlıqları qeyd ediblər.
Çıxış edən qazilər bildiriblər ki, Azərbaycan uğrunda döyüşdükləri üçün qürur hissi keçirirlər. Döyüş xatirələrini bölüşən müharibə iştirakçıları bundan sonra da Prezident İlham Əliyevin hər bir əmrinə hazır olduqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

