Ombudsman təsisatı 20 yaşında
10.12.2022 [10:48]
Səbinə Əliyeva: İkili standartlardan əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqı olub
Günel ABBAS
Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiqli yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır. Azərbaycan məhz bu mühiti yaratmağı bacaran ölkələrdəndir.
Ümumiyyətlə, demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali prinsiplərindən biridir. Müstəqil Azərbaycan dövləti də bu prinsipə sadiqliyini daim nümayiş etdirir. Məlumdur ki, 10 dekabr tarixi beynəlxalq aləmdə Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul edib. Ombudsman təsisatının yarandığı 10 dekabr tarixi Azərbaycanda da Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Hər il bu tarixdə müvafiq tədbirlər həyata keçirilir. Builki tədbir isə mahiyyətinə görə bir qədər fərqli idi. Çünki dünyada insan hüquqlarının beynəlxalq səviyyədə qeyd edildiyi 10 dekabr tarixi Azərbaycanda Ombudsman təsisatının yaranmasının 20-ci ilinə təsadüf edir.
Bu münasibətlə dekabrın 9-da İnsan Hüquqları Gününə və Ombudsman təsisatının 20 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Guido Ambroso bildirib ki, 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulu və dövlətlərin ona əməl etməsi sayəsində milyonlarla insanın hüquqları qorunub saxlanılıb və daha layiqli dünya formalaşıb. Əldə edilmiş irəliləyiş o demək deyil ki, insan hüquqları və bərabərliyinin təmin edilməsi sahəsində mübarizə bitir. Dünya çoxsaylı çağırışlarla üzləşir. Yetmiş beş il keçsə də, insan hüquqları haqqında Bəyannamə bizlərə yol göstərən mayakdır.
Qarşıda duran hədəflərdən bəhs edən G.Ambroso bildirib: “İnsan hüquqlarının universallığını bərpa etməli, gəncləri ilhamlandıran yeni yollar tapmalıyıq. Bəşəriyyətin dəyərləri yaddan çıxarsa, biz daha böyük problemlərlə üzləşə bilərik. Bəyannamə hər hansı bir çətinlik olmadan hər kəsi daha inklüziv dünyaya addımlamağa sövq edir. Çünki o, fərqli fərdləri bir araya gətirərək bütün bəşəriyyət üçün eyniliyi təşviq və təbliğ edir”.
Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva tədbirdə çıxış edərək qeyd edib ki, bütün insanların bərabərliyini təmin edən İnsan Hüquqları üzrə Ümumi Bəyannamə BMT-yə üzv olan ölkələr üçün mühüm sənəddir. Ümumdünya insan hüquqlarının bəyan etdiyi əsas prinsiplər bir çox konvensiyalarda özünə yer tapıb və dövlətlər üçün icrası mütləq sənəd rolunu alıb. İnsan hüquqlarını müəyyənləşdirən həmin bəyannamə yetmiş ildən çoxdur ki, dünyamızı əsaslı şəkildə dəyişməyə təşviq eləyib. Bu sənəd ilk dəfə olaraq hər bir insanın bərabər hüququnu müəyyən etdi, dövlətlərin insan hüquqları sahəsində mövqeyini dəyişdi.
Onun sözlərinə görə, bəzi dövlətlər tərəfindən insanlara qarşı irqi, milli, dini, cinsi, siyasi, sosial mənsubiyyətə və digər əlamətlərə görə sərgilənən ayrı-seçkilik insan hüquqlarının pozulmasına səbəb olmaqdadır. Ombudsman bildirib ki, dözümsüzlük və ikili standartlardan əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqı olub: “Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icrası 30 ilə yaxın müddətdə yalnız sənəd üzərində qaldı. Ermənistan isə tətbiq edilən ikili standartlardan istifadə edərək Azərbaycana qarşı insan hüquqları cinayətləri törətdi. Bu gün qürur hissi ilə deyirik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa etdi”.
Ombudsman Azərbaycanda insan hüquqları və azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, bu istiqamətdə hüquqi bazanın daim təkmilləşdirildiyini də diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Azərbaycanda insan hüquqları sahəsində ilk dövlət proqramı məhz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilib.
Tədbirdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi-75 kampaniyasına dair video təqdimatlar və BMT-nin Baş Katibi və qurumun İnsan Hüquqları üzrə Ali Komissarının ismarışları nümayiş etdirilib. Sonra bir sıra digər təqdimatlar olub.
Sonda Ombudsman tərəfindən ən yaxşı insan hüquqları məqaləsi və rəsm əsəri müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

