İmişlidəki qəzalı məktəbdən xəbər...
14.01.2023 [11:20]
G.Səfərova: Həm şəraitlə, həm də məktəb rəhbərliyi ilə bağlı müəyyən addımlar atılacaq
Günel
Son zamanlar sosial şəbəkələrdə məktəblər və müəllimlərlə bağlı videogörüntülər yayılır. Bu görüntülərin yayılması problemi həll etmək məqsədi daşıdığı qeyd olunsa da, müəllim adı və müəllimin reputasiyası üçün ürəkaçan deyil. Yeri gəlmişkən, elə bir neçə gün əvvəl İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı video yayılıb. İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb. Yanvarın 12-də isə elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.
Nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, nazirlik vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə çalışır: “Məktəbdə sağlam pedaqoji mühitin mövcudluğu əsas şərtlərdən biridir. Məhz belə mühit təhsil müəssisəsinin göstəricilərinin daha da yaxşılaşmasına və onun inkişafına şərait yaradır. Məktəb infrastrukturunun yenidən qurulması istiqamətində işlər görülür və Mil-Muğan regionundakı qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikintisi və ya əsaslı təmiri ilə bağlı işlər davamlı olaraq həyata keçiriləcək. Eləcə də qəzalı vəziyyətdə olan Aranlı kənd 1 nömrəli tam orta məktəbi üçün cari ildə yeni tədris binasının layihələndirmə işlərinə başlanılacaq”.
G. Səfərovanın sözlərinə görə, müəllim özü bu məsələni dəfələrlə qabartmadığını, təmirlə bağlı ilk dəfə belə bir fikir səsləndirdiyini bəyan edib: “Onu da qeyd edim ki, bu məsələ sanitar su qovşağı ilə bağlı deyil. Sadəcə, müəllimin həmin kollektivə və kollektivin də müəllimə müəyyən qədər aqressiyası var. Hər halda həm şəraitlə bağlı, həm də məktəb rəhbərliyi ilə də bağlı müəyyən addımlar atılacaq. Biz müəllimə tövsiyə etdik ki, məsələlərə bağlı doğru instansiyalara müraciət etsin. Hər halda məktəb tikiləcək, bu texniki məsələdir. Ancaq əsas məsələ təhsildir. Biz bundan sonra da həmin məktəbdə münasibətlərin necə davam edəcəyini izləyəcəyik”.
İctimai Şuranın sədri müəllimlərin son zamanlar sosial şəbəkələrdə öz narazılığını dilə gətirməsinə də münasibət bildirib. Qeyd edib ki, belə hallar həmişə olub, sadəcə sosial şəbəkələrin əhatəliliyi artdığından bu gün biz bu hallarla daha çox rastlaşırıq. Günel Səfərova təmsil etdiyi qurumun vətəndaşları dinləməyə hər zaman açıq olduğunu və bu kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığını əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

