/ / Mətbuat Şurası dünya mediasını Xankəndi-Laçın yolundakı aksiyanı obyektiv işıqlandırmağa çağırıb
Mətbuat Şurası dünya mediasını Xankəndi-Laçın yolundakı aksiyanı obyektiv işıqlandırmağa çağırıb
16.01.2023 [10:30]
Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın dünyanın bir sıra media vasitələrində təqdimatı cəmiyyətimizin müxtəlif təbəqələri kimi, ölkəmizin jurnalist ictimaiyyətinin nümayəndələrini də ciddi şəkildə narahat etməkdədir.
Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda bildirir ki, bu təqdimatlar söz və ifadə azadlığının imkanlarından sui-istifadədir, qərəz və qeyri-obyektivlikdir.
Qeyd olunub ki, Qarabağ Azərbaycanın suveren, beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bölgədə yaşayan ermənilər də hüquqi baxımdan ölkəmizin vətəndaşlarıdırlar. Lakin erməni lobbi və diaspor təşkilatlarının, habelə, Qarabağdakı qondarma rejimin “dövlət naziri” kimi oyuncaq postu tutan Ruben Vardanyanın çirkli maliyyəsi hesabına məqsədli formada hərəkətə gətirilmiş dünyanın bəzi media orqanları elə görüntü yaradırlar ki, sanki, azərbaycanlı fəalların Xankəndi- Laçın yolunda keçirdikləri aksiya Qarabağ ermənilərinin yaşam hüququna təhdiddir. Bu fonda humanitar fəlakət, Azərbaycanın erməni əhaliyə qarşı soyqırımı, etnik təmizləmə, 120 min erməninin blokadada qalması, onlardan 30 mininin uşaq olması, Xankəndi xəstəxanalarında ağır xəstələrin mövcudluğu kimi yalan şablonlar dövriyyəyə buraxılır. Belə təqdimatlar reallığı qətiyyən əks etdirmir. Çünki azərbaycanlı fəalların etirazının konkret məqsədi var. Aksiya heç bir halda Qarabağı blokadada saxlamaq məramına xidmət etmir, bölgəyə humanitar yüklərin daşınmasında hər hansı problem, maneə yoxdur.
Bəyanatda həmçinin deyilir:
"Xankəndi-Laçın yolundakı aksiya artıq bir aydan çoxdur ki davam edir. Qeyd edilmiş media vasitələri ermənipərəst siyasətin əsirinə çevrilməyib duruma bir qədər həssas yanaşsaydılar, vardanyanların və digərlərinin şablonlarının mahiyyətinə diqqət yetirər, müəyyənləşdirərdilər ki, bölgədə humanitar fəlakət kimi qiymətləndiriləcək durum tam istisnadır. Təəssüf ki, biz belə həssas yanaşmanı deyil, qeyri-peşəkarlığı görürük. Bu yol isə aksiya ilə bağlı əsl gerçəklikdən diqqəti yayındırmaqdır, aşkar manipulyasiyadır.
O da təəssüf doğurur ki, bilərəkdən, yaxud bilməyərəkdən manipulyasiyaya yol verənlər dünyanın və Avropanın ictimai rəyində çəkiyə malik olduğunu, fikir plüralizmini rərbər tutduğunu, yaradıcılıqlarının bəşəri dəyərlərə xidmət amalına söykəndiyini bəyan edən media vasitələridir. Onların məqalələri, faktiki olaraq, bir-birinin təkrarıdır. Eyni məzmun, eyni qərəzli iddialar, hətta, bəzi hallarda cümlələr belə eynidir.
Halbuki, obyektiv media R.Vardanyanın kimliyini araşdırmalı, onun böyük məbləğdə pul maxinasiyaları həyata keçirdiyini, kriminalla yaxın olduğunu bildirməli, belə bir şəxsin qanunsuz və cinayət xarakterli fəaliyyət həyata keçirdiyini diqqətə çatdırmalıydı. Bu, bəşəri dəyərlərə xidmət nümunəsi olardı.
Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı media vasitələrini Xankəndi-Laçın yolundakı aksiyaya obyektiv qiymət verməyə, onunla bağlı əsl həqiqətlərə diqqət yetirməyə, birtərəfli və qeyri-obyektiv təbliğatın aləti olmamağa çağırır. Onlar nəzərə almalıdırlar ki, bu aksiyanın, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun beynəlxalq miqyasda ədalətli təqdimatı, bütövlükdə Cəbubi Qafqaz coğrafiyasında sülhün, əminamanlığın, dinc birgəyaşamın formalaşması baxımından son dərəcədə vacibdir".
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

