Hansı nəqliyyat vasitələrinə yol vergisi tətbiq ediləcək?
25.01.2023 [10:47]
Yeganə BAYRAMOVA
Azərbaycanda ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinə yol vergisi tətbiq olunacaq. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Məcəllənin 209-cu maddəsinə dəyişiklik edilməsi ilə bağlı edilən təklifə görə, ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
Mövcud məcəlləyə görə isə Azərbaycan ərazisindən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezidentlər yol vergisi ödəyicisidir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən nəqliyyat üzrə ekspert İlqar Hüseynli təklif edilən dəyişikliyin kifayət qədər əhəmiyyətli olacağını düşünür. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi geosiyasi məkan ölkəyə daxil olan nəqliyyat vasitələrinə yol vergisinin tətbiq olunması üçün uyğundur: “Respublikamız Cənubi Qafqaz ölkələrinə yükdaşımalar həyata keçirilən tranzit qovşaqda yerləşir. Dövlətimizin yol infrastruktrunun hər il daha da inkişaf etdirilməsi üçün kifayət qədər büdcəsi var. Hesab edirəm ki, tranzit nəqliyyat vasitələrinə yol vergisinin tətbiq edilməsi, bu vəsaitlərin yol infrastrukturumuza yönəldilməsi təqdirəlayiq bir haldır. Bu vergini çoxdan tətbiq etməli idik. Dünya praktikasında belə bir təcrübə çoxdan tətbiq olunur”.
Yol vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini şərh edən iqtisadçı Ramin Ramazanov bildirib ki, nəqliyyat vasitələri üçün yol vergisinin hesablanma dərəcələri onların mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır: “Məsələn, Ukrayna vətəndaşı özünəməxsus mühərrikin həcmi 1.800 kubsantimetrədək olan minik avtomobili ilə sentyabr ayının 15-də Azərbaycana gəlib və həmin ayın 25-də Azərbaycanı tərk edib. Maşın ölkə ərazisində bir ayadək qaldığı üçün və mühərrik həcmi 2.000 kubsantimetrədək olduğundan onun ödəyəcəyi vergi məbləği 15 ABŞ dolları təşkil edir. Həmin şəxs Azərbaycanın gömrük sərhədini keçərkən gömrük orqanları tərəfindən ondan 15 ABŞ dolları məbləğində yol vergisi tutulur. Əgər mühərrikin həcmi 4.800 kubsantimetr olsaydı, o halda vergi məbləği 40 ABŞ dolları olacaqdı”.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

