Döyüşdən geri dönməyən qəhrəman
07.02.2023 [11:06]
Vətən uğrunda öldürüb ölən qəhrəman
Öləndə qoynunda qoy ölüm ki mən...
Günel ABBAS
Deyirlər, döyüşdə sağ qalanlar qəhrəman, ölənlər şəhid olurlar. Mübariz İbrahimovun şəhadəti ilə bu ifadə bir qədər dəyişmiş oldu, bu dəfə savaşda təkcə qalanlar yox, ölənlər də qəhrəman oldular.
O, şəhid olanda mənim bugünkü yaşımla eyni yaşda idi. İnsanların hər biri həyata bir dəfə gəlir və Tanrı tərəfindən ona bəxş olunan ömrü müxtəlif cür yaşayır. Şəxsi həyatına qapanaraq yaşayan insanlar cəmiyyətdə heç nə ilə fərqlənmirlər .Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar zivələrə yüksəlirlər. Mən də bütün gənclər kimi öz vətənimi sevir, ona bacardığım qədər xidmət edirəm. Ancaq Mübariz İbrahimov bizdən iki cəhəti ilə çox fərqlənir. O, torpağını sevməklə bərabər, Vətənə öz canını da hədiyyə etdi.
Bu gün onun doğum günüdür. İllər keçdikcə mən bugünkü yaşımda olmayacam. 22 yaşı elə bu illərdə buraxıb gedəcəm. Amma Mübariz yaddaşlarda daim 22 yaşlı qəhrəman olaraq qalacaq. Heç şübhəsiz belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur. Onların adı nəsildən-nəslə keçərək daim yaşayacaq, ruhları Vətənin göylərində həmişə sərbəst dolaşacaq. Sevimli şairimiz Musa Yaqub Azərbaycanın oğul və qızlarının Vətənə olan sonsuz məhəbbətini aşağıdakı misralarda səmimi şəkildə belə ifadə edir:
Bəlkə də, borcundan çıxmadım,
Vətən Ömür bahar deyil ki,
bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın artsın...
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da “Vətən torpağını bir ovuc” artırmaq üçün canını fəda etmişdi. O, döyüşə dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissilə atıldı. Atıldı, məqsədinə çatdı, etmək istədiyini etdi, amma geriyə dönmədi... O, bir qaranlıq gecəyə Günəş kimi parladı və qürub etdi. Azərbaycanın bir qaranlıq yay gecəsinin sabahı onun igid bir övladının qəhrəmanlığının şəfəqləri ilə açıldı.
Biləsuvar rayonunda bir kənd var - Əliabad kəndi. Bu kənddə bir ocaq var - Ağakərim kişinin ocağı. Bu ocaqda bir oğul böyüyüb boya-başa çatmışdı - Mübariz İbrahimov...
Deyirlər, ad insanın taleyini, gələcəyini müəyyən edir. Bəlkə də ad seçəndə valideynləri bu adı ona təsadüfən qoymuşdular. Onun böyüyəndə nə qədər mübariz və mərd, vətənsevər, igid bir oğul olacağından bixəbər idilər. Ancaq ata-ana himayəsində ürəkli, tərbiyəli böyüyən Mübariz çox erkən yaşlarından bu adın mənasını doğrultdu - mübarizliyini, mərdliyini, cəsarətini və vətənpərvərliyini əməlləriylə yetərincə doğrultdu.
Döyüşdən geri dönməyən qəhrəman...
Mübariz İbrahimovun döyüş yolunu müsahibələrdən, xatirələrdən bu cür nəql etmək olar: Döyüş bölgəsinə gələndən bəri Mübariz İbrahimov işğal altında qalan torpaqlarımıza tərəf boylandıqca ürəyi parça-tikə olurdu. Damarında qanı donurdu. Nə vaxtsa dözməyib alçaq düşmənin üzərinə atılacağı barədə düşünüb-daşınırdı. Bu onun müqəddəs amalına çevrilmişdi və məqam gözləyirdi. Ermənilər son aylar mütəmadi olaraq bu istiqamətdə atəşkəsi pozur, dincliyə qənim kəsilirdilər. Hər dəfə də Azərbaycan əsgərləri tərəfindən layiqli cavablarını alıb susdurulurdular. Düşmən həmlələrinin dəf olunmasında gizir Mübariz İbrahimov əsl fədakarlıqlar göstərir, nümunə olurdu.
Həmin gün gecə saat 23.30 radələrində ermənilər tərəfindən yenə atəşkəs pozulur. Əsgərlərimizin mövqelərinə hər növ silahlardan atəşlər açılır, güllələr yağış kimi yağırdı. Mübariz bir neçə gün əvvəl artıq öz-özlüyündə qərar qəbul etmişdi. Düşmən yenə həmlə edərsə, təkbaşına belə onların səngərinə doğru gedəcək, gücü çatan qədər düşmən əsgərini məhv edəcəkdi...
...Az sonra ermənilərin atəş səsləri səngidi. Mübariz silahını yoxladı. Patron maqazinlərini doldurub çantasına yığdı. Bir neçə qumbara da götürdü. Gecənin zil qaranlığında ehtiyatla təmas xəttini keçdi. Tanrı onu arzularına yetmək üçün qanadlarının altına alıb qorudu. O, minalanmış ərazini cəsarətlə adladı. Ermənilərin üzərinə gözünü qan örtmüş, pələngləşmiş, şirləşmiş, düşmənə olan qisas və nifrətinin tüstüsü başından çıxan bir ər, oğul ər irəliləyirdi. O, irəliyə quduz ermənilərin neçə illərdən bəri doğma torpaqlarımızda törətdiyi faciələrdə qurban getmiş insanların qanını almaq, bir təskinlik tapmaq eşqiylə atılmışdı. Bu cəsarətin qarşısında artıq ölüm-itim onun gözlərinin önündən yoxa çıxmışdı.
Düşməni ağır itkilərə məruz qoyan gizir Mübariz İbrahimov qəhrəmancasına həlak olaraq şəhidliyə-müqəddəsliyə qovuşdu... Əbədiyyət nəğməsinə döndü. Elə bir nəğməyə ki, bu gün hər kəsin dilindən düşmür. Bu gün hamı Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı, igidliyi haqqında danışır. O, öz qəhrəmanlığı ilə göstərdi ki, canını Vətən torpaqlarının yolunda hər an qurban verməyə hazır olan igidlərimiz hələ çoxdur. Mübariz öz həyatını qurban verməklə Azərbaycan gəncliyinə bir örnək göstərdi.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35
