Sevgi, yoxsa “cinayət” günü?
14.02.2023 [10:44]
Şahanə XANKİŞİYEVA
14 fevral dünyada “Valentin Günü” kimi qeyd olunan xüsusi bir gündür. Əksəriyyət bu günü təmtəraqlı şəkildə qeyd edir. Bu günü qeyd edən insanların “14 fevral” tarixçəsindən xəbərləri varmı?
Tarixə nəzər salsaq, məlum olur ki, 14 fevral “Sevgililər günü” deyil, Roma imperatoru 2-ci Kladiusun Roma papası Valentini öldürtdüyü gündür. Deyilənə görə, Valentin evliliyin yasaq olduğu dövrdə, gənclərə yardım edir, qızları gizlicə evləndirirmiş.
14 fevralın “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən, 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı Valentinin şərəfinə dəyişdirilir. Bu dövrdə xristian ruhanilər Romadakı bütpərəstlərin “Luperkalia” bayramında gənclərin əylənmələrindən narahat idi. Bu səbəbdən xristianlıqla bağlı bir ad seçərək gənclərin “Müqəddəs Valentin günü”ndə əylənmələrini təmin etdilər. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə - 14 fevrala keçirdi.
Zaman keçdikcə, Valentin “sevgililərin qoruyucusu”, “Müqəddəs Valentin” kimi xatırlanmağa başladı. 1800-cü ildə Amerikada Ester Hovlandın ilk sevgililər günü kartını göndərməsiylə insanların həvəslə qeyd etdiyi gün halına gəldi. İnsanlar bu gün bir-birlərinə hədiyyələr, çiçəklər alır, sevgi notları yazırlar. Ancaq bu günü qeyd etməyən bəzi müsəlman ölkələr də var.
Əslində, sadalanan bütün mənfi xüsusiyyətlərə baxmayaraq bu günün təntənəli şəkildə qeyd edilməsi qəribədir. Qanunsuz evlilik, cinayət sayılan bir hadisənin bu qədər şişirdilib bayram halına gətirilməsi ağlasığmazdır. Həm mentalitetimizə, həm də dini inanclarımıza zidd olan bir hadisənin qeyd edilməsini düşünmək belə absurddur. Bayram, yaxud əlamətdar günə gəldikdə, təqvimimizdə yetərincə qeyd edilməsi vacib günlərimiz var.
Bir gündə dəyişən qiymətlər...
14 fevral günü hədiyyə mağazalarında, gül salonlarında, restoranlarda süni qiymət artımı heç də təsadüfi deyil. Belə tarixi əhəmiyyəti olmayan bir gündə bazar iqtisadiyyatının rolu əlbəttə ki, olmalıdır. Adi bir gündə 15-30 manat? olan gül buketlərinin qiyməti niyəsə həmin gün təxminən 30-70 manatadək artır. Ancaq insanlar o gün qiymət fərqini gözardı edərək, bir-birlərinə “sevgilərini” bu cür göstərirlər.
Gül salonlarındakı vəziyyəti də öyrənmək üçün şəhərin gül salonlarından birinə üz tutduq. Məsələn, süni qiymət artımı niyə məhz özəl günlərdə, bayram günlərində yaranır? Satıcıdan xüsusi günlərdə qiymət artımı ilə bağlı maraqlı cavablar eşitdik. Satıcı həmin günlərdə mağazalara insan axını olduğunu, “alver”in əvvəlki günlərə nisbətən daha yaxşı nəticə verdiyini bildirdi. Hətta vəziyyət o yerdədir ki, insanlar qarşılaşdığı süni qiymət artımının fərqində belə olmurlar. Məbləğdən asılı olmayaraq həmin gün hədiyyəni öz sahiblərinə çatdırırlar.
Gəldiyimiz nəticə budur ki, insanlar hansı günü bayram etməyin dəyər- dəyməzini öyrənmək üçün özlərinə “əziyyət” vermirlər. Təki bayram olsun. Amma həmin gül dükanlarında “Zəfər Günü”, Milli Ordu Günü, Bayraq Günlərində də qələbəlik olması diləyi ilə...
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

