Dələduzluğun yeni növü...
17.02.2023 [10:42]
İnsanlar nələrə diqqət etməlidir?
Yeganə BAYRAMOVA
Axtardığımız məlumatları tapmağın ən asan yolu internetdir. Buna görə gündəlik istifadə etdiyimiz bir çox xidmətlər və sahələr artıq öz fəaliyyətlərini onlayn həyata keçirir. İnsanlar iş axtarmaq və yaxud hansısa məhsulları almaq üçün elan verilən saytlara müraciət edirlər. Ancaq son zamanlar elan saytlarında yeni dələduzlar peyda olub.
Araşdırmaya əsasən, vətəndaşlar iş tapmaq üçün “tap.az”, “rabota.az”, “boss.az” və.s kimi elan saytlarına müraciət edir. İkinci əl və münasib qiymətli məhsulu əldə etmək istəyənlər isə əsasən “lalafo.az” saytına daxil olurlar. Düzdür, bir çox insan bu saytların effektiv ola biləcəyinə inanmır, buna baxmayaraq, insanların əksəriyyəti həmin dələduzların “tor”una düşür.
“Yaxşı ki, vaxtında hisslərimə güvəndim”
Tamilla Məmmədova adlı şəxs elan saytları vasitəsilə iş tapmaq istəsə də, buna nail ola bilməyənlərdəndir. “Tələbə olduğum müddətdən müxtəlif saytlarda iş axtarmışam. Bacarıqlarıma uyğun işlər tapıb, bir neçə dəfə müsahibəyə dəvət edilsəm də bunun nəticəsini görə bilmədim. Onu da deyim ki, saytlar vasitəsilə qurumlar yalnız yaxşı niyyətlə işçi axtarmır. Öz təcrübəmə əsaslanaraq əminliklə deyə bilərəm ki, bu növ saytlar dələduzların məkanıdır. Bir dəfə elan saytlarının birində yüksək maaşlı vakansiya gördüm. CV-mi müzakirə etmək üçün qurumun ofisinə dəvət edildim və qəribə mənzərə ilə qarşılaşdım. Yaxşı mühit, hamı bir-biri ilə həddindən artıq səmimi olan insanlar. Nə qədər cəhd göstərsəm də, qeydiyyat şöbəsindən şirkətin adını dəqiq öyrənə bilmədim. Qısaca, nə vakansiya, nə də şirkət barədə məlumat əldə edə bilmirdim. Yanımda şəxsiyyət vəsiqəmi də götürməmişdim. Əslində, vəsiqəmi şirkət nümayəndələrinə təqdim etsəydim, bəlkə vəziyyət daha da gərginləşə bilərdi. İki gün həmin ofisə getdim, oranın gülərüz kollektivi və yüksək maaş vədlərinə aldandım. Əslində, həmin şirkət adı bilinməyən dərmanların satışı ilə məşğul idi və məhsullarını daha çox insana təqdim etmək üçün əməkdaş axtarırdı. Burada işə başlamaq istəyənlər əvvəlcə şirkət tərəfindən təşkil olunan ödənişli kursu keçməli və bir neçə bahalı kitab almalı idilər. Bütün bu səmimilik də məhz buna görə imiş. Yaxşı ki, vaxtında hisslərimə güvəndim və oradan birdəfəlik uzaqlaşdım. Təəssüf ki, bu ofisə yalnız mən yox, onlarla mənim kimi insan eyni vakansiyanı bir neçə saytda görüb gəlmişdi. Ümid edirəm ki, başıma gələnləri oxuduqdan sonra saytlarda yüksək maaşlı vakansiyanı görüb aldanan insanlar bir daha fikirləşərlər”.
Ziyan 500 manatdan çoxdursa...
Hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, bu gün elan saytlarında bəzi dələduzlara aldanan vətəndaşların sayı az deyil: “Bir çoxları müxtəlif elan saytlarında vətəndaşları peşəkarcasına aldatmaqla məşğuldurlar. Kimisi işlə bağlı vakansiya, kimisi kirayə mənzil, kimisi də hansısa məshulların satışına dair elan verərək insanlara maddi ziyan vurur. Qanunvericilikdə isə bunun adı dələduzluqdur. Dələduzluq-etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədilən cinayətdir.
Həmin cinayət çoxşaxəli olub, bütün hallarda törədilmə üsulundan asılı olmayaraq özgə əmlakına ziyan vurmaqla nəticələnir. Belə hallara yol verənlər Cinayət Məcəlləsinin 178-ci dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur.
Ziyan 500 manatdan çox olduqda isə həmin şəxs barəsində Cinayət Məcəlləsinin 178.1.2 (təkrar dələduzluq),178.1.3 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilir”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

