Dövlət Komissiyası: "Ermənilər Qaradağlıda 57 nəfəri qətlə yetirib, 39 nəfər itkin düşüb"
17.02.2023 [11:16]
"Ermənilər Qaradağlıda 57 nəfəri qətlə yetirib, 39 nəfər itkin düşüb".
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, 17 fevral 1992-ci il tarixdə milliyyətcə erməni beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın rəhbərliyi ilə Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib.
İşğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilmişdir. Kənd sakinlərinin qətlində Ermənistan hərbçiləri ilə yanaşı mülki ermənilər, o cümlədən Qaradağlı kəndinə yaxın kəndlərin erməni sakinləri də yaxından iştirak ediblər
Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalmış, onlara qarşı aşkar soyqırımı həyata keçirilmiş, etnik təmizləmə aparılıb.
Soyqırımı zamanı qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməmişdir. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilmişdir. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Xocavənd rayonu, Qaradağlı kəndi işğalı zamanı 39 nəfər itkin dümüş şəxs kimi axtarışdadır. Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır.
Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il keçir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

