/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Romada Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
24.02.2023 [11:59]
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə İtaliya parlamentinin üzvləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatik korpus təmsilçiləri, yerli KİV nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Bir gecədə 613 mülki şəxsin etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirildiyini vurğulayan səfir bunun Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin təzahürü olduğunu qeyd edib. O, Xocalıda törədilən soyqırımı cinayətinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin ən kobud şəkildə pozularaq planlaşdırılmış şəkildə həyata keçirildiyini bildirib.
R.Aslanov müharibə, soyqırımı və insanlıq əleyhinə cinayətlərin xatırlanmasının həm də onları törədənlərin cəzalandırılmasının təminatı və bir daha baş verməməsi baxımından önəmli olduğunu vurğulayıb. 2020-ci il Vətən müharibəsi nəticəsində ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz gücü sayəsində ədaləti bərqərar edərək, ərazi bütövlüyünü bərpa etdiyini deyən səfir Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi üçün də dövlətimizin israrlı olduğunu diqqətə çatdırıb.
Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova çıxış edərək bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Xocalı faciəsini miqyasına, qəddarlığına görə unutmaq mümkün deyil və bu tarix xalqımızın qan yaddaşında həmişəlik həkk olunub. Bu faciə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.
O, erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, eləcə də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olduğunu qeyd edib. Vurğulayıb ki, bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi əhəmiyyət kəsb edir.
F.Yusibova qeyd edib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, bu faciənin qurbanlarının xatirəsinin anılmasına və hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır. Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində dünya ölkələri erməni terrorçularının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. İndiyədək 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Sonra İtaliyadakı Azərbaycan icmasının 13 yaşlı üzvü İlduzə Sadıxova Xocalı soyqırımının canlı şahidi Səriyyə Müslim qızı Cəfərovanın müəllifi olduğu və Xocalı soyqırımının qurbanlarına həsr edilən “Onlar heç vaxt böyüməyəcəklər” kitabından hekayələri italyan dilində tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Anım tədbirində Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun və Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə çıxışları dinlənilib, Azərbaycan və dünya klassik əsərləri səsləndirilib. Bundan başqa, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən bəstələnən “Xocalıya” əsəri ifa olunub.
Tədbir çərçivəsində, həmçinin Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

