Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Qarabağ" - "Qalatasaray" matçı üçün ekspres marşrutlar təşkil edilib

“Qarabağ" - "Qalatasaray" matçı üçün ekspres marşrutlar təşkil edilib

24.03.2023 [12:14]

"Qarabağ" və "Qalatasaray" futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə martın 26-da “Qara Qarayev” metro stansiyası və Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək. Ekspres xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək.

Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş edirik ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30