Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılıb
28.03.2023 [19:14]
Ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda, mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq. Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 28-də baş tutan açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş xarici işlər naziri, “Technion”un səfiri Qabi Aşkenazi, “Technion” İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak ediblər. Onlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Açılışda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasını ölkəmizin kibertəhdidlərə hazırlığının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində dərslərə artıq start verilib. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər dərslərə cəlb olunub. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçiriləcək. “Technion” İnstitutunun təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədiləcək. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

