Boşanmamaq üçün...
05.04.2023 [11:17]
Nələrə diqqət yetirilməlidir?
Qönçə QULİYEVA
Cəmiyyətimizi ayaqda tutan təməl elementlərindən biri ailə dəyərlərinin qorunub saxlanması və inkişaf etdirilməsidir. Eyni zamanda, fərdin və şəxsiyyətin formalaşmasına, irsiyyətin yaranmasına təsir edən ən başlıca amil də ailə həyatının qurulmasıdır. Amma bir vaxtlar ailə institutunun varlığı ilə öyündüyümüz hallar təəssüf ki, bir çox hallarda məyusedici xəbərlərlə gündəmi zəbt edir. Təbii ki, ailə dəyərlərinin parçalanması cəmiyyətimizin sosial həyatına, şəxsə və ailənin bütün fərdlərinə təsir edir, uzun illər ərzində formalaşmış Azərbaycan ailə institutunun dağılmasına səbəb olur. Ailə institutunun dağılması özü ilə sosial sərhədləri də sarsıdır. Beləliklə, həm də möhkəm təməlli ailələrin məhv olmasına da şahidlik etmiş oluruq.
Sevindirici haldır ki, son illər ölkəmizdə boşanmaların ümumi sayında azalma müşahidə olunur. Lakin bu, heç də nikahların pozulmaması anlamına gəlmir. Statistikaya nəzər yetirdikdə məlum olur ki, bu gün Azərbaycanda boşanmaların müxtəlif səbəbləri var.
Bəs əsas səbəblər hansılardır? Nikahlar niyə pozulur? Problemin həlli nədədir?
Ailə təməlini sarsıdan amillər
Günümüzdə ailə daxilində olan kiçik problemlər bu və ya digər səbəblərdən böyüyür və nəticədə həll olunmaz hala gəlir. Bu problemlər həllini tapmadıqda isə boşanmalar qaçılmaz olur. Lakin nikahların bu cür sonlanması yalnız cütlüklərə təsir etmir. Bu, həm də ailədəki uşaqlara, eyni zamanda, yaxın ətrafa psixioloji cəhətdən mənfi təsirlər göstərir.
Qeyd edilməlidir ki, uşaq doğularkən həmin birlik əsl ailəyə çevrilir və valideynlərin üzərinə bir çox vəzifələr qoyulur. Bir müddət sonra valideynlik və yoldaşlıq vəzifələri qarşı-qarşıya qoyulur. Bu vəzifələr qadın və kişi arasında iqtisadi, məişət, psixoloji, sosial faktorların təsiri ilə zaman-zaman münaqişələrin dərinləşməsinə gətirib çıxarır.
Ailə qurarkən tərəflər öz ailələrinə xas davranışlarını, vərdişlərini, adət-ənənələrini gətirir. Yəni kişi də, qadın da bildiyini, gördüyü, öyrəşdiyi ailə irsini yeni qurduğu ailə həyatında tətbiq etməyə başlayır. Fərqli ailələrin fərqli fərdləri də yaşam dövründə baş verən hadisələrə fərqli yanaşmalar göstərirlər - biri digərinin yanaşmasını qəbul etmədikdə isə...
Sayı az olsa da...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Yeni Azərbaycana” açıqlamasında ölkəmizdə boşanmaların statistikası barədə məlumat verib: “2021-ci ildə boşanmaların sayı 17267 idisə, 2022-ci ildə isə 15983 fakt qeydə alınıb. Göründüyü kimi, statistikada nisbətən azalma müşahidə olub, nikahların sayı isə artıb. Belə ki, 2021-ci ildə 56319 nikah qeydə alınmışdısa, 2022-ci ildə 61939 faktı qeydə alınmışdı. 2021-ci il ilə 2022-ci il müqayisə etsək, görərik ki, nikahların sayı artıb, boşanmaların sayı azalıb”.
Şöbə müdiri deyir ki, boşanmaya əsas səbəb kimi məişət faktorları göstərilir: “Boşanmaların səbəbi barədə danışarkən tərəflər əsasən xasiyyətlərin bir-biri ilə uyğunlaşmaması, sonsuzluq problemi, xəyanət, ailədaxili zorakılıq, qısqanclıq, sərxoşluq, narkotik aludəçiliyi və digər bir sıra məqamları qeyd edirlər. 10 mindən çox vətəndaş boşanma səbəbi kimi xasiyyətlərin uyğunsuzluğu, məişət zəminində olan problemləri göstərir. Məişət zorakılığı olan ailələrdə fiziki zorakılıqla yanaşı, psixoloji zorakılıq da törədilir. Araşdırma zamanı belə ailələrdə başqa problemlər də ortaya çıxmış olur”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

