Heydər Əliyevə əbədi mənəvi borc...
12.04.2023 [10:36]
Mübariz ABDULLAYEV
Türk dünyası birləşir!
Xalqımızın ümummilli lideri Heydər Əliyev bütün dünya miqyasında tanınır. Ulu Öndər iki dönəmdə Azərbaycanın rəhbəri olarkən respublikamızın gələcək inkişafına hesablanan fundamental əsaslar yaradıb, müstəqil dövlətimizi məhv olmaq təhlükəsindən qoruyub, vətəndaş müharibəsinin qarşısını alıb və ölkəni inkişafa istiqamətləndirib. Müdrik siyasətçi olan Heydər Əliyev eyni zamanda ötən əsrin səksəninci illərində keçmiş ittifaqın rəhbərlərindən biri kimi müttəfiq respublikaların inkişafına da sanballı töhfələr verib. Onun təşəbbüsü və rəhbərliyi ilə ayrı-ayrı müttəfiq respublikalarda inşa olunan bir sıra önəmli infrastruktur obyektləri, iri sənaye müəssisələri aradan illər ötəndən sonra da özlərinin iqtisadi əhəmiyyətini qoruyub saxlayır. Heydər Əliyevin ideyaları milli cərçivə ilə məhdudlaşmırdı, bəşəri məzmun daşıyırdı. Bu kimi amillərə görə də Ulu Öndərin xatirəsi respublikamızda olduğu kimi, onun hüdudlarından kənarda da böyük ehtiramla anılır. Dost Qazaxıstanda olduğu kimi.
Qazaxıstanda yubiley tədbirlərinə start verildi
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli” çərçivəsində paytaxt Bakıda və respublikamızın bölgələrində müxtəlif səpkili tədbirlər keçirilir. Ulu Öndərin anadan olmasının 100 illiyi həmçinin keçmiş ittifaq respublikalarında, dünyanın ayrı-ayrı ölkələrində də yüksək səviyyədə qeyd olunur. Dost Qazaxıstanda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə Prezident İlham Əliyevin bu ölkəyə aprelin 10-da baş tutan uğurlu rəsmi səfəri çərçivəsində start verilib. Dövlətimizin başçısının aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimindəki çıxışında bildirdiyi kimi, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. “Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Ulu Öndərin Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynadığını diqqətə çatdırıb. O, minnətarlıq hissi ilə bildirib ki, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib. “Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib, həmişə hiss edib və başa düşüblər ki, onlar eyni köklərə mənsubdurlar”, - deyə Prezident Kasım-Jomart Tokayev bildirib.
Qazaxıstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərin siyahısı çix uzundur. O cümlədən aprelin 10-da “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası baş tutub. Filimdə Heydər Əliyevin həyat və fəaliyyətinə aid nadir kadrlar nümayiş olunub. Əsas məqam ondan ibarətdir ki, qazax xalqının görkəmli siyasətçi olan Heydər Əliyevin xatirəsinə böyük ehtiramı ekran əsərinin bütün kadrlarından qırmızı xətt kimi keçir. Qazaxıstan Prezidentinin qeyd etdiyi kimi, bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir.
Bəhs olunan tədbirdə vurğulandığı kimi, çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək üçün bizim əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmləndirmək vacibdir. Buna görə biz mədəni-humanitar gündəliyimizin keyfiyyətcə zənginləşməsinə hər vasitə ilə şərait yaratmalıyıq. Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi 2023-cü ilin əlamətdar hadisəsi olacaq. İki ölkənin gəncləri arasında təmaslar da ikitərəfli humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Tərəflər gənclər siyasəti və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı şəkildə atılan addımları alqışlayırlar. Bildirldiyi kimi, müvafiq nazirliklərə akademik mobilliyin təmin olunmasına, birgə təhsil və elmi layihələrin təşkilinə maksimum kömək etmələri barədə tapşırıq verilib. Eyni zamanda, media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi qardaş xalqların daha da yaxınlaşmasına sanballı töhfə verə bilər. Prezident İlham Əliyevin səfəri çərçivəsində müvafiq sazişlər imzalanıb. Həmçinin danışıqların gedişində Qazaxıstan telekanallarının Azərbaycan kabel operatorları şəbəkələrində yayımlanmasına, habelə animasiya filmlərinin distribusiyasına dair razılaşmaların reallaşdırılmasının vacibliyi qeyd edilib. Bütün bu tədbirlər bir daha təsdiqləyir ki, tarixdən gələn bağlar hər iki dövlətin və xalqın istəyi ilə daha da sarsılmaz olacaq.
Astanada Heydər Əliyev küçəsi
Hazırda dünyanın bir sıra şəhərlərində xalqımızın Ümummilli Liderinin xatırəsi əbədiləşdirilib. Artıq bu sırada Qazaxıstanın müasir siması kimi səciyyələndirilən Astana şəhəri də yer alır. Aprelin 10-da burada Heydər Əliyevin adını daşıyan küçənin təntənəli açılış mərasiminin keçirilməsi dövlətimizin başçısının dost Qazaxıstana rəsmi səfəri çərçivəsində keçirilən mühüm tədbirlərdən biri oldu. Açılış mərasimində xatırladıldığı kimi, Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir.
Heydər Əliyevin şərəfinə adlandırılmış küçə firavanlaşan Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar. “Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

