Ermənistanın üzərinə düşən məsuliyyət
13.04.2023 [10:07]
XİN: Beynəlxalq ictimaiyyət bu təxribatları qınamalıdır
N.BAYRAMLI
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Ermənistanın bu təxribatına Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada qeyd olunub ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda, siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda, regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Deputat: Bəzi üçüncü dövlətlər Ermənistanı təxribata həvəsləndirir
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat regionda davamlı sülhün və sabitliyin yaradılmasında maraqlı olmadığını nümayiş etdirir. Təəssüf ki, Ermənistanın 44 günlük müharibənin nəticələrindən, müharibədən sonrakı dövrdə törətdiyi təxribatlar zamanı üzləşdiyi itkilərdən dərs çıxarmadığını görürük. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı ardıcıl təşəbbüslərlə çıxış edir: “Burada maraqlı məqamlardan biri təxribatın məhz Azərbaycanın xoşməramlı təşəbbüsləri fonunda baş verməsidir. Digər məqam isə bəzi üçüncü dövlətlərin Ermənistanı təxribata həvəsləndirən, Azərbaycana qarşı yönəlmiş açıqlama və bəyanatlarıdır. Düşünürəm ki, baş verən təxribatın səbəblərini təhlil edərkən bu iki amili diqqətə almaq lazımdır”.
Millət vəkilinin fikrincə, Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədində vəziyyətin monitorinqi məqsədilə missiya yerləşdirməsi faktını da diqqətdən kənarda qoymaq olmaz. Ermənistan tərəfi missiyanın fəaliyyətinin Azərbaycanı təxribatlara adekvat cavab verməkdən çəkindirəcəyini düşünərək belə bir addım atıb. Monitorinq missiyası müəyyən olunarkən diplomatik normalara riayət edilməyərək, Azərbaycanın rəyi soruşulmadı. Bu isə missiyanın məqsədinin səmimiliyinə ciddi şübhələr yaradır. Ermənistan isə vəziyyətdən istifadə edərək, sərhəddə gərginlik yaratmağa, yeni təxribatlar həyata keçirməyə çalışır.
Rəsmi İrəvan reallıqları düzgün qiymətləndirə bilmir
“Ermənistan ordusunun bütün təxribatlarına Silahlı Qüvvələrimiz indiyə qədər olduğu kimi, bundan sonra da layiqli cavab verəcək. Bu cür insidentlər sülh prosesini ləngitməklə bütövlükdə, Cənubi Qafqazda sabitliyə, nəticə etibarilə isə qlobal təhlükəsizliyə təhdid yaradır. İndi nəinki yaşadığımız region, ümumilikdə, dünya öz tarixinin həssas dövrlərindən birini yaşayır. Beynəlxalq təhlükəsizlik arxitekturası çox kövrəkdir. Beynəlxalq münasibətlərin xarakterində ciddi dəyişikliklər baş verir. Belə bir mürəkkəb vəziyyətdə lokal hesab olunan təxribatların belə, daha geniş coğrafiyada gərginlik yaratmaq ehtimalı var. Lakin istənilən halda, mövcud geosiyasi konfiqurasiya, iqtisadi, hərbi və digər amillər Ermənistanın əleyhinədir. Hesab edirəm ki, Ermənistan hökuməti həm tarixin dərslərindən nəticə çıxarmalı, həm də indiki reallıqları düzgün qiymətləndirməlidir. Rəsmi İrəvan Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mərhələsi başlamalı, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli ?əyanatın şərtlərini yerinə yetirməlidir”,- deyə R.Məmmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

