Türkiyə iqtisadiyyatı son 20 ildə 3 dəfə böyüyüb
18.04.2023 [10:20]
Günel ABBASOVA
Qardaş Türkiyədəki prezident seçkiləri gününə təxmini, bir ay zaman qalıb. Türkiyədən əlavə dünyanın bir çox yerlərində, xüsusən də, başqa türkdilli ölkələrin siyasi-ictimai çevrələrində bu hadisəyə diqqət çoxdur. Seçkilərlə bağlı çox müzakirələr gedir. Türkiyə, minillik təcrübə sistemli, tarixli, böyük dövlətdir, xalqı da tam formalaşmış toplumdur. Bu xalq kənardan müdaxiləyə, dəstəyə ehtiyac olmadan, özü öz seçimini etmə qüdrətindədir.
Bütün bu hadisələr fonunda əksəriyyət türk dövlətləri iqtidara yenidən Rəcəb Tayyib Ərdoğanın gəlməsi arzusundadır. Bəli, bu sadəcə arzudur. Çünki seçmək və seçilmək yalnız ölkə daxilində baş verməli olan məsələdir. Qardaş ölkələr və dost dövlətlər seçki mərhələsində yalnız həqiqətləri, üstünlükləri vurğulayaraq, bəzi suallara cavab axtararaq dəstəyini nümayiş etdirə bilər. Belə olduqda, niyə Rəcəb Tayyib Ərdoğan seçilməlidir, sualının cavabı da aydınlaşır, çünki qardaş Türkiyənin hazırkı rəhbəri ilə bağlı hər şey açıq və birmənalıdır.
Bu mənada “Yeni Azərbaycan” qəzeti bir ay sonra qardaş Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı yeni rubrikaya başlayır. Diqqətinizə çatdırmaq istərdik ki, seçkilər yekunlaşana qədər qəzetimizdə yerli siyasətçilərin gözü ilə Türkiyədəki vəziyyət şərh ediləcək...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Vüqar Bayramovun sözlərinə görə, Türkiyədə baş tutacaq seçki son 100 ilin ən vacib seçimlərindən hesab olunur: “Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətəndaşları öz prezidentlərini və millət vəkillərini seçəcəklər. 2023-cü ildə Türkiyə vətəndaşlarının seçimi uzun illər üçün qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək.Təbii ki, seçmək hüququ Türkiyə vətəndaşlarındadır. İnanırıq ki, qardaş dövlətin vətəndaşları öz doğru seçimləri ilə ölkələrinin inkişafını dəstəkləyəcəklər. Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir”.
Deputat qeyd edib ki, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb: “2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdısa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətlidir. İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

