20 illik inkişaf yolu
27.04.2023 [10:48]
Türkiyənin sözü dünya arenasında kəsərlidir
Günel ABBASOVA
Türkiyə Respublikasında may ayının 14-də həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Bu seçkilər öz əhəmiyyəti baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər. Səbəbləri bəllidir. Birincisi, bu seçkilər xüsusi tarixi zamana - Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. İkincisi, seçkilərin nəticələri təkcə Türkiyə dövlətinin milli maraqları çərçivəsi ilə yekunlaşmır, milli sərhədləri aşaraq qlobal məna və məzmun kəsb edir. Üçüncüsü, Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ və onun doğurduğu fəlakətlər seçki prosesinə birbaşa və ya dolayısıyla təsir göstərir.
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyə Cümhuriyyəti 100-cü il dönümü ərəfəsində, xüsusilə də son 20 il ərzində böyük bir inkişaf yolu keçib: “Artıq dünya miqyasında güclü, qüdrətli, müstəqil, milli maraqlara söykənən, o cümlədən bütövlükdə, türk dünyasını bir araya gətirən bir ölkədir. Həm iqtisadi və hərbi gücünə görə, həm də yürüdülən siyasətə görə dünyada istənilən platformada açıq və net şəkildə öz fikrini bildirən bir ölkəyə çevrilib. İllər əvvəl qardaş ölkə hansısa qüvvələrdən asılı bir ölkə idi, inkişafı çox zəif şəkildə gedirdi. İstənilən halda asılı müddətdə də müstəqil siyasət yürüdə bilmir, inkişaf yolunu tuta bilmirdi. Asılı olan yerlərdən də aldığı müəyyən mənada təlimatlar üzrə siyasət yürüdülürdü.
Ancaq son 20 il ərzində qardaş Türkiyə dünya arenasında sözünün çəkisi olan ölkəyə çevrilib. Bir müddət sonra qardaş ölkədə tarixi seçkilər keçiriləcək. May ayının 14-də həm prezident, həm də Böyük Millət Məclisinə seçkilər keçiriləcək. Güclü və qüdrətli ölkənin daha da inkişaf etməsinin, xalqın firavanlığının, terrorçuluğa qarşı amansız mübarizənin aparılmasının, ən müasir ölkələrdən birinə çevrilməsi seçkilərə öz təsirini göstərəcək. Güclü və qüdrətli ölkə qurulması uğrunda son 20 ildə Türkiyənin keçdiyi tarixi yolu qardaş və bacılarımız dərindən təhlil edərək Türkiyənin müstəqil və milli maraqlara söykənən gələcəyi naminə səs verəcəklər”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

