Türkiyə nə qədər güclü olarsa...
03.05.2023 [10:37]
Azərbaycan türk millətinin qərarını dəstəkləyir
Günel ABBASOVA
Mayın 14-ü Türkiyədə tarixi bir gündür. Həmin gün Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Bizim üçün də önəmli bir gündür. Çünki Türkiyə Azərbaycanın müttəfiqidir, türk xalqı ilə Azərbaycan xalqı dost və qardaşdır. Bu mənada Türkiyədəki seçkilər Azərbaycan üçün də həyati əhəmiyyətli hadisədir. Biz də öz növbəmizdə seçki prosesindən əvvəlki vəziyyətin şərhinə davam edirik...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, xalqımız Azərbaycanla Türkiyə arasında olan münasibətlərin bundan sonra da yüksək səviyyədə davam etməsini istəyir: “Müttəfiqlik haqqında Şuşa bəyannaməsi bundan sonra da uğurla davam etdirilsin. Azərbaycanın haqq işi harada varsa, Türkiyə bu günə qədər onun yanında olub, bundan sonra da yanında olsun. Türkiyə ilə bağlı hansı problem varsa, Azərbaycan o problemə qarşı olduğuna görə, bundan sonra da olsun. Ona görə də Azərbaycan dövləti, Azərbaycan xalqı Türkiyənin haqq yolunu, ədalətli yolunu, dünya dövlətləri arasında öz yeri olan qardaş ölkəni arzulayır. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclüdür. Türkiyənin ədalətli mövqeyi həm də Azərbaycanın ədalətli mövqeyidir. Həqiqətdir ki, Qarabağ probleminin ədalətli şəkildə həll olunmasında, Azərbaycanın haqq işinin müdafiəsində Türkiyə Cümhuriyyətinin müstəsna xidməti var. Hələ əlavə etsək ki, iki dövlət və dövlət başçıları bir-birinə dostdur, qardaşdır. Bu da iki dövlət arasında qurulan münasibəti göstərir”.
Deputat qeyd edib ki, Azərbaycanla Türkiyə arasında həm də bir qardaşlıq tarixi var: “Bu qardaşlıq tarixinin bünövrəsi Çanaqqalada qoyulub, minlərlə azərbaycanlı Rusiya təbəsində olmağına baxmayaraq, Osmanlının haqq işində dil və din qardaşlarının yanında oldu, onların istiqlalı üçün vuruşdu, hətta şəhid olanlarımız da var idi. Təbii ki, Osmanlı da borclu qalmadı. Elan olunan Cümhuriyyətin ordusu yox idi. O zaman Osmanlı Qafqaz İslam Ordusu deyilən bir ordu ilə Azərbaycanın köməyinə çatdı. Bu Ordu Gəncədən Bakıya qədər bir azadlıq, mücadilə yolu keçdi və bu yolda 1300 nəfərdən artıq şəhid verdi. Təbii ki, 1921-ci ildə Qars müqaviləsinin şərtlərinə görə Naxçıvanın Azərbaycanın tərkibində qalması, ən nəhayət, 44 günlük Vətən müharibəsi və bu müharibədə Türkiyə Cümhuriyyətinin Azərbaycana hərtərəfli yardımı, Şuşa Bəyannaməsinin imzalanması onu göstərir ki, biz mövcud Türkiyədəki iqtidarla dost və qardaşıq. Türk xalqı Azərbaycan xalqı ilə dostdur, qardaşdır. Biz də iqtidar partiya olaraq Türkiyədə iqtidar partiyanın hakimiyyətdə qalmasını arzulayırıq, ancaq seçim türk millətinindir. Türk milləti hansı qərarı verəcəksə, biz də həmin qərarı dəstəkləyəcəyik”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

