Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azercell-dən abunəçilərinə xəbərdarlıq

Azercell-dən abunəçilərinə xəbərdarlıq

03.05.2023 [17:26]

Azercell Telekom” MMC bütün abunəçilərini mobil operatorun adından paylaşılan əsası olmayan təkliflərə, müxtəlif sosial media kanalları, “WhatsApp” tətbiqi, “iMessage”, SMS və s. üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti yoxdur və reallığı əks etdirmir.

Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma, iş və s. təkliflərdən yararlanmamağı tövsiyə edir.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31