10 il öncə, bu gün...
13.05.2023 [11:00]
Azərbaycan mədəniyyəti inkişaf yollarında
Yeganə BAYRAMOVA
Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olub. Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf ediblər. Hazırda bir çox mədəniyyət nümunələrimiz dünya ölkələrindəki mədəni mərkəzləri və muzeyləri bəzəməkdədir. Mədəniyyətimizə, tarixi-mədəni sərvətlərimizin qorunmasına Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı həmişə rəğbətlə qarşılanıb.
Mədəni həyatımızda mühüm rol oynayan tədbirlərdən biri də Avstriyanın paytaxtı Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması idi. Mədəniyyət Mərkəzi Prezidentin
2012-ci il 16 noyabr tarixli sərəncamı əsasında yaradılıb. 10 il öncə bu gün, yəni
2013-cü il 13 may tarixində ölkə başçısı və Birinci xanım sözügedən Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdi. Mərasimdə çıxış edən Prezident Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını iki ölkənin münasibətləri tarixində əlamətdar hadisə kimi qiymətləndirmişdi.
Sözügedən Mərkəzdə Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulub. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili də daxildir. Bu mədəniyyət ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin, Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış olurlar. Mərkəzdə mütəmadi şəkildə təşkil olunan musiqi axşamlarının iştirakçıları Azərbaycan xalq musiqisi ilə yanaşı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər tanınmış bəstəkarların əsərlərinin səslənəcəyi konsert proqramlarını dinləmək imkanı əldə edirlər.
Qeyd edək ki, Mərkəzin yaradılmasında başlıca məqsədlərdən biri də Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirməkdir. Eləcə də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq mədəniyyətlərarası dialoqa töhfə vermək əsas vəzifələrdən biridir.
Heydər Əliyev Fondu Azərbaycanı mədəniyyətlərarası dialoq-barış məkanına çevirib. Mədəniyyətin inkişafı, dünyaya inteqarsiya etməsi, mədəniyyətə qayğı
Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Xüsusi olaraq vurğulamalıyıq ki, Vyanada yaradılan Mədəniyyət Mərkəzi Fondun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biridir. Həmin mədəniyyət ocağı bu sahədə aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açır.
Xatırladaq ki, xaricdə ilk Azərbaycan Mədəniyyət Mərkəzi 2012-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Parisdə açılmışdı.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

