Yaşıl meydanda da...
16.05.2023 [11:05]
Qardaşlıq qalib oldu!
Günel ABBAS
Martın 26-da “Qarabağ”la “Qalatasaray” arasında Bakıda keçirilən qardaşlıq oyunu ölkəmizdə böyük insan kütləsini bir araya gətirən idman tədbirlərindən oldu. Görüşə ilk 1,5 saat ərzində 25 mindən çox biletin satılması, yekunda stadiona 62 min 500 nəfərdən çox şəxsin gəlməsi də bunun göstəricisi idi.
Bu dəfəki xeyriyyə oyunu “Sabah”la Türkiyənin “Beşiktaş” komandaları arasında keçirildi. Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək. Böyük maraq və coşğu ilə izlənilən Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib. Azərbaycan təmsilçisində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub.
Onu da qeyd etmək lazımdır ki, komandalar meydana şəhid ailələrinin, qazilərin və zəlzələdən əziyyət çəkənlərin övladları ilə çıxıblar. Matçın startından əvvəl üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunmuş, həmçinin “Bir millət, iki dövlət!” şüarı yazılmış nəhəng pankart da açılıb.
“Beşiktaş”ın Bakı təəssüratları...
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş Bakıya səfəri barədə də danışıb. Bildirib ki, Azərbaycana daha əvvəl milli komanda ilə də gəlib: “2000-ci illərlə müqayisədə ölkə həm iqtisadi, həm urbanizasiya, həm də digər amillər baxımından xeyli dəyişib”. 71 yaşlı mütəxəssis Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini söyləyib: “Bura hər dəfə gələndə hansısa yeniliyin şahidi oluram. İlk dəfə dənizkənarı parkda gəzdim. Əvvəlki səfərlərimlə bağlı ancaq yaxşı xatirələrim var. Sadəcə, Avropa çempionatı bizim üçün pis keçdi. Özümüzü burada yad hiss etmirik. Hamının dediyi kimi, iki dövlət, bir millətik. Hüzur tapdığım yeri fərqli dünya kimi görmürəm”.
O bildirib ki, ölkə futbolunda da müsbət dinamika müşahidə olunur: “Bilirəm ki, burada Rasim Kara və Güvenç Kurtar kimi türkiyəli məşqçilər işləyib. Son vaxtlar klub futbolunda yaxşı uğurlarınız olub. Bir ara “Qarabağ”ın avrokuboklarda səs-küylü çıxışlarını izlədik. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçirdiyi oyunu izləmək üçün Bakıya gəlmişdim. Matça pis başlamamışdılar, amma yekunda uduzmuşdular”.
Ş.Güneş 2017-ci ildə yaranan “Sabah” klubunun da futbola yaxşı yatırım etdiyini vurğulayıb: “Keyfiyyətli futbolçuları var. Futbolun inkişafı üçün yüksək səviyyəli infrastruktur yaradılıb. Futbolçu da yetişdirə bilsə, daha fərqli komanda olacaq. Bu cür yenilikləri hər zaman müsbət qarşılayıram”.
71 yaşlı mütəxəssis hər iki tərəfin açıq futbola üstünlük verdiyini söyləyib: “Türkiyə Superkubokunu və ya hansısa oyunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər. Dostluq matçı üçün Bakıya gəlmişik. “Sabah” klubuna və Azərbaycan xalqına təşəkkür edirik. Burada olduğumuz üçün çox xoşbəxtik. Bütün oyunçulara şans vermək istədik. Burada səmimi münasibət gördük. Belə azarkeşlərə gözəl futbol izlətmək istəyirdik. Biz buraya yardım məqsədi ilə gəlmişik. Belə qarşılaşmaların davamı gəlməlidir. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram”.
Şenol Güneş futbolçu Onur Bulutun görüşün sonlarında halının pisləşdiyini və onun xəstəxanada müayinə olunacağını bildirib. O, “Beşiktaş”ın Azərbaycanda çoxlu azarkeşinin olmasına sevindiyini deyib. Mütəxəssis hazırda “Sabah”la əməkdaşlıq planlarının olmadığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

