Azərbaycana heç bir ölkə təzyiq göstərə bilməz...
16.05.2023 [19:48]
Həm müharibə, həm də postmüharibə dövründə Azərbaycana qarşı təxribatçı və siyasi reallıqları özündə əks etdirməyən bəyanatlarla və addımlarla yadda qalan Fransa işğalçı Ermənistana açıq dəstək nümayiş etdirirdi.
Son dövrlərdə isə bu “dəstək” daha intensiv hal almağa başladı - istər ötən ilin payızında Fransa Milli Assambleyasının ölkəmizə qarşı qəbul etdiyi əsassız qətnamələr, istərsə də rəsmi Parisin BMT TŞ çərçivəsində apardığı antikampaniya iflasa uğradı. Hətta bu kimi əsassız iddialar səsləndirən Fransa bəzi məqamlarda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh gündəliyinə belə “daxil olmaq” arzusunu irəli sürürdü. Amma onların bu “oxu da daşa dəydi”. Belə ki, Prezident İlham Əliyev ötən ilin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirmişdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən sülh prosesinin növbəti raundu baş tutmayacaq. Dövlət başçısı vurğulamışdı ki, dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu: “Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
Təbii ki, Fransanın ölkəmizə qarşı tutduğu mövqe beynəlxalq hüquqa əsaslanmır - rəsmi Parisin “ermənipərəst arzulara” düşməsi, bütün məsələlərə “erməni prizması”ndan yanaşması onu “ələ verir”. Bu isə Parisin prosesdə iştirakını istisna edir. Daha doğrusu, Fransanın Brüssel sülh gündəliyi çərçivəsində iştiraka can atmasının səbəblərini ortaya çıxarır. Onlar öz aləmlərində bu yolla Azərbaycana qarşı “təzyiq” həyata keçirmək istəyirlər. Amma unudurlar ki, Azərbaycana heç bir ölkə təzyiq göstərə bilməz...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

