Gələcəyi olmayan peşələr
23.05.2023 [11:20]
Hansı peşələrə ehtiyac daha çoxdur?
Qönçə QULİYEVA
Dünyada gedən rəqəmsallaşma tendensiyaları, müasir texnologiyaların geniş yayılması və tətbiqinin daha da artması bəzi peşələrin yaxın illərdə yox olması ilə nəticələnə bilər. Davamlı inkişafda olan yeni dövr bizə yeni imkanlar təqdim edir. Bu imkanları inkişaf etdirmək və onları zamana uyğunlaşdırmaq üçün isə yeni peşə qruplarının yaranmasına ehtiyac var.
Buna görə dövrlə ayaqlaşan və gələcəkdə daha çox vacib olacaq peşələrə yiyələnmək istəyən gənclik karyera üçün yeni iş axtarışındadır.
Gələcəyin peşələri formalaşdıqca hansı peşələr yox olacaq?
Karyera seçmək həyatda ən vacib qərarlardan biridir. Peşə seçərkən siz pul qazanma üsulunuzu müəyyənləşdirməklə yanaşı, uzun illər günün məhsuldar saatlarında nə ilə maraqlanacağınızı da seçmiş olursunuz. Bu məqamları nəzərə alaraq yaşın şərtlərinə uyğun peşə seçmək lazımdır. Tibb, mühəndislik, memarlıq, müəllimlik, tibb bacısı kimi peşələr, təbii ki, həyati əhəmiyyət kəsb edir. Lakin gələcəyin ritmini müəyyən edəcək peşələr bu gün daha çox texnologiyalar ilə bağlı peşələrdir. İngiltərənin Oksford Universitetinin araşdırmasına görə, yaxın 10 ildə işlərin bir çoxu avtomatik olaraq yerinə yetiriləcək.
Mütəxəssislər yaxın on il ərzində mövcud işlərin ən azı üçdə ikisinin süni intellekt tərəfindən icra edilə biləcəyini açıqlayıblar. Yəni fiziki insan gücü, qabiliyyət tələb edən bir çox sahə süni intellektlə əvəzlənəcəyindən bu fiziki işləri robotlar görəcək. Buna görə də robototexnika işlərinin populyarlaşacağı gözləniləndir. Günümüzdə texnologiyanın cəmiyyətə təsiri getdikcə artmaqdadır. Eyni zamanda qlobal proseslər və problemlər də əmək bazarının tez-tez dəyişməsinə səbəb olur. Yeni sahibkarlıq fəaliyyətləri də bu proseslərin dəyişməsində mühüm faktordur.
Qarşıdakı illərdə əmək bazarında aktuallaşması ehtimal edilən peşə və ixtisaslar barədə fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən təhsil məsələləri üzrə mütəxəssis İlqar Orucov hesab edir ki, rəqəmsal dünya bütövlükdə cəmiyyətin inkişafında birmənalı olaraq təsiredici faktor rolu oynayacaq: “Gələcəkdə əmək bazarında hansı ixtisaslara daha çox ehtiyacın olması cəmiyyəti maraqlandırır. Təbii ki, dünyada rəqəmsallaşma sürətlə artır. İnformasiya texnologiyaları (İT), rəqəmsallaşma ilə bağlı olan ixtisasların üstünlük təşkil edəcəyi gözlənilir. Çünki bu ixtisasların artmasına ciddi ehtiyaclar yaranacaq. Bundan başqa, bir neçə fənnin kəsişməsindən yaranan yeni ixtisaslara da zərurət yaranacaq. Məsələn, biofizika, nanotexnologiya, gen mühəndisliyi və s. Ümumilikdə, mühəndisliklə bağlı ixtisaslar bir neçə yerə şaxələnərək bölünəcək. Bundan başqa, qlobal problemlərin həlli üçün müəyyən ixtisaslar da bu istiqamətdə yarana bilər. Çünki bu sahələrdə kadrlara ehtiyac olacaq. Məsələn, ərzaq təhlükəsizliyi, iqlim istiləşməsi və bu kimi digər bir çox qlobal problemlərin həlli istiqamətində fəaliyyət göstərəcək kadrlara çox böyük ehtiyac yaranacaq. Bundan başqa, COVID-19 kimi pandemiya təhlükəli xəstəliklərin qarşısını almaq üçün yeni tibbi ixtisasların yaranması da gözləniləndir”.
Karyera və biznes eksperti Elvin Dadaşsoy isə fiziki peşələrin ortadan qalxacağını düşünür: “İnsan işinə, zəhmətinə ehtiyac olan bir çox peşə süni intellektlə idarə olunan robotlar tərəfindən əvəzlənəcək. Bundan başqa, analiz və data işini də süni intellekt yerinə yetirəcək. Məsələn, mühasibatlıq, dizaynerlik, çap işləri və digər bu kimi işləri robotlar görəcək. Süni intellekt, 3D dünya, texnologiya, satış və marketinq, logistika ilə bağlı yeni peşələr olacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

