Küveytdən Azərbaycana turist axını 2-3 dəfə arta bilər
25.05.2023 [14:39]
“Küveytlə Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir”. Yeniazərbaycan.com-un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidin səsləndirib. Qarşılıqlı əməkdaşlığın xüsusilə siyasi sahədə güclü olduğunu qeyd edən səfir münasibətlərin inkişaf etməkdə olduğunu da diqqətə çatdırıb.
“Siyasi əlaqələrdən danışarkən qeyd etmək olar ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində eyni mövqedən çıxış edir. Müəyyən beynəlxalq təşkilatlar çərçivəsində namizədlərin dəstəklənməsinə dair iki ölkənin xarici işlər nazirlikləri arasında qarşılıqlı razılaşma mövcuddur. Azərbaycan Prezidenti ilə ilk görüşdə etimadnaməni dövlət başçısına təqdim edərkən geniş fikir mübadiləsi aparıldı və o, əlaqələrdən məmnunluğunu ifadə etdi. Ümid edirik ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə genişlənəcək və daha da irəliləyiş əldə olunacaq”, - deyə diplomat bildirib.
Diplomat həmçinin bildirib ki, iki ölkə arasında xarici işlər nazirlərinin başçılıq etdiyi birgə hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu komissiyada iki ölkənin bir çox nazirlik və idarələri iqtisadiyyat, təhsil, mədəniyyət, turizm sahələrində təmsil olunurlar. Artıq komissiyanın iki iclası keçirilib, lakin koronavirus pandemiyası üçüncü iclasın keçirilməsinə mane olub. Üçüncü iclas 2023-cü ilə planlaşdırılıb.
“Mənim vəzifəm komissiyanın qərarlarını, imzalanmış ikitərəfli sazişləri həyata keçirməkdir ki, onlar kağız üzərində qalmasın, konkret nəticələr versin”, - deyə, səfir əlavə edib.
Səfir həm də turizm əlaqələrinin inkişafı barədə də söz açıb. Diplomat deyib ki, Küveytdən Azərbaycana turist axını 2-3 dəfə arta bilər. Ölkələrarası əməkdaşlıqda turizm sahəsinin önəminə diqqət çəkən səfir bu sahənin hər iki ölkənin gündəliyində ən uğurlu məsələ olduğunu vurğulayıb. 2022-ci ildə Küveytdən Azərbaycana 22 min nəfər turistin gəldiyini qeyd edən səfir bu göstəricinin gələcəkdə artacağından əminliyini ifadə edib.
2017-ci ildən etibarən iki ölkə arasında müntəzəm uçuşların həyata keçirildiyinə diqqət çəkən diplomat Bakıda və bölgələrdə bütün lazımi turizm infrastrukturunun mövcud olduğunu da bildirib. Səfir vurğulayıb ki, bütün bunlar turizm sektorunda əlaqələrin genişləndirilməsi üçün vacib elementlərdir.
Səfir bildirib ki, turizm sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsi məsələlərinə Küveytdə Azərbaycan-Küveyt hökumətlərarası komissiyasının üçüncü iclasında baxılacaq.
Nicat
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

