/ / Beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq - Bəyannamə
Beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq - Bəyannamə
27.05.2023 [10:36]
“Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda ikinci beynəlxalq humanitar konfrans işini başa çatdırıb. Konfransın sonunda bəyannamə qəbul olunub.
Bəyannamədə deyilir:
“Dünyada hələ də 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş olaraq qalmaqdadır ki, bu da insanların təhlükəsizliyi, sağlamlığı, rifahı, həyatı və gələcək nəsillərin yaşam imkanlarına təhdid törədir. Bundan ən çox təsirlənən həssas əhali arasında qadınlar və uşaqlar da yer alır.
Minalar və PHS onun təsirinə məruz qalan ölkə və cəmiyyətlər üçün milli və yerli səviyyədə Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması baxımından maneə təşkil edir.
Minasız dünyaya nail olunması naminə biz – “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən ikinci beynəlxalq konfransın iştirakçıları olaraq, mina təhlükəsi ilə qlobal mübarizə fəaliyyətlərini sürətləndirmək üçün aşağıdakıları vurğulamaqla qətiyyətli addımların atılmasında razılaşırıq:
Humanitar minatəmizləmə fəaliyyətinin minalarla çirklənmiş ölkələrdə davamlı inkişafın, DİM-lərə nail olunması istiqamətində irəliləyişin, sülh proseslərinin sürətləndirilməsinin və sülhün qorunmasının ilkin şərtlərindən biri olduğunu qəbul edərək;
“Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” ("Ottava Konvensiyası") və “Kasetli sursatlar haqqında Konvensiya” ("Oslo Konvensiyası") da daxil olmaqla, minaların və PHS-nin istifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərini qəbul edərək, eyni zamanda hamını bu sənədlərə rəsmi riayət olunması istiqamətində addımlar atmağa təşviq edərək;
Qadınlar və uşaqların da daxil olduğu ən həssas təbəqələrə qeyri-mütənasib şəkildə təsir edən minaların və PHS-nin insanlara vurduğu zərəri xatırlayaraq;
Minalarla çirklənmiş ölkələrin sosial-iqtisadi inkişafı naminə prioritet sahələrdən biri kimi humanitar minatəmizləmə fəaliyyətinin milli inkişaf proqramlarına inteqrasiya olunmasının, habelə milli humanitar minatəmsizləmə imkanlarının artırılması istiqamətində müvafiq resursların ayrılmasının əhəmiyyətini vurğulayaraq;
Milli Hökumətlərin rəhbərliyi altında humanitar minatəmizləmə fəaliyyətində vətəndaş cəmiyyətinin, özəl sektorun, medianın, təhsil müəssisələrinin və digər maraqlı tərəflərin mühüm rolunu tanıyaraq;
Humanitar minatəmizləmə fəaliyyəti üçün texnologiya və innovasiyalardan səmərəli istifadəni təşviq edərək;
Minasız dünyaya nail olmaq naminə qlobal həmrəyliyin təcəssümü olaraq və milli səylərin dəstəklənməsini də əhatə edən beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi üzrə öhdəlikləri yeniləyərək;
Minaların təsirinə məruz qalmış bir sıra dövlətlər tərəfindən humanitar minatəmizləmə fəaliyyəti üzrə milli DİM-nin müəyyən edilməsi təşəbbüslərini və humanitar minatəmizləmə fəaliyyəti üzrə yeni qlobal DİM-nin qəbul edilməsinə olan çağırışları təqdir edərək;
Mövcud tərəfdaşlıqları gücləndirmək və yeni platformalar qurmaqla, mina və PHS təhlükəsinə son qoymaq, cəmiyyətləri bərpa prosesində dəstəkləmək və insanların ləyaqətli, təhlükəsiz və əmin-amanlıq içində öz evlərinə qayıtmasına və həyatlarını yenidən qurmasına kömək etmək naminə biz bir daha minasız dünya üçün yenilənmiş qlobal hərəkatın başlamasına çağırış edirik.
Biz Azərbaycan Respublikası Hökumətinə humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədlərini müzakirə etmək məqsədilə yaratdığı dəyərli fürsətə, səxavətli dəstəyə və əla qonaqpərvərliyinə görə minnətdarlığımızı bildiririk. Həmçinin böyük mina probleminin həllində Azərbaycanla və mina təsirinə məruz qalmış digər ölkələrlə həmrəy olduğumuzu ifadə edir və beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

