Qəddafinin mənəvi oğlu ən böyük düşməninə necə çevrildi?
02.06.2023 [11:19]
Vaxtilə çevriliş nəticəsində hakimiyyətdən salınan və edam edilən Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Liviyada keçiriləcək ümumi seçkilərdə prezidentliyə namizəd ola biləcəklər.
Bu barədə “Al Hadath” telekanalı “6+6” birgə komitəsindəki mənbələrə istinadən məlumat yayıb. “Liviyanın Ali Dövlət Şurasının və Nümayəndələr Palatasının üzvlərinin daxil olduğu “6+6” Komitəsi qarşıdan gələn seçkilərdə Seyf əl-İslam Qəddafi və Xəlifə Haftarın namizədliyinin irəli sürülməsini istisna etmir”, - mənbə bildirib.
Xəlifə Belqasim Haftar isə Liviya Nümayəndələr Palatası tərəfindən feldmarşal rütbəsi ilə təltif edilmiş və Liviya Milli Ordusunun Ali Baş Komandanı vəzifəsini daşımış şəxsdir. Hazırda Haftar Liviyanın ən güclü hərbi lideri kimi təqdim edilir. Liviya Milli Razılıq Hökuməti isə onu hərbi cinayətkar elan edib.
1943-cü ildə Əcdəbiyyədə anadan olan və əl-Fərcani qəbiləsindən olan Haftar Benqazidə Hərbi Akademiyanı bitirib. 1969-cu il çevrilişində Muammar Qəddafinin yanında yer alan 26 yaşlı kursant Xəlifə Haftar keçmiş Liviya liderinin yüksək səviyyəli zabitlərindən və əsas yaxın adamlarından birinə çevrildi. “O, mənim oğlum idi. Mən isə onun üçün mənəvi ata kimi idim”, - Qəddafi müsahibəsində Haftar haqqında bildirmişdi. O, çevrilişdən dərhal sonra Liviyanı idarə edən İnqilab Komandanlığı Şurasının üzvü seçilmişdi.
O, 1987-ci ildə Liviyanın Çadla müharibəsində polkovnik rütbəsi ilə komandanlıq edib. Bu müharibədə Liviya məğlub oldu - Haftarın özü və tabeliyində olan 400 hərbçi əsir alındı. Bu məğlubiyyətdən sonra Mammmar Qəddafi məhbuslardan açıq şəkildə imtina etdi - Haftar isə Liviyaya qəhrəman kimi qayıda bilmədi. Baş verənlərdən qəzəblənən polkovnik Haftar Qəddafi ilə bütün əlaqələri kəsdi və xalqa dövlət çevrilişi çağırışı etdi.
1988-ci ildə o, həbsdən azad edildi. Haftar Liviyanı işğal etməyi planlaşdırırdı - Çadda baş verən dövlət çevrilişi onun bu arzusunu ürəyində qoydu. 1990-cı illərdə Haftar Amerika vətəndaşlığını aldı və Virciniya ştatının Vyana şəhərində məskunlaşdı. 20 il orada yaşayan Haftar Qəddafini devirmək fikrindən daşınmadı. 1996-cı ildə Haftar Liviyanın cənubundakı dağlarda üsyana rəhbərlik etməyə çalışdı, lakin bu, uğursuzluqla nəticələndi.
2011-ci ilin martında Liviyada vətəndaş müharibəsi başlayandan sonra Haftar Benqaziyə gələrək inqilaba qoşulduğunu və komandir təyin edildiyini bəyan etdi. Amma Liviyanın Keçid Milli Şurası bunu təkzib edib. Heç bir dəstək qazanmayan Haftar yenidən ABŞ-a qayıtdı. 2014-cü ilin fevralında Haftar növbəti dövlət çevrilişinə cəhd etdi. Haftar Benqazidə “Liviya Ləyaqəti” kod adlı radikal islamçı qruplara qarşı hərbi mübarizəyə başladığını elan etdi.
2018-ci il aprelin 11-də Fransanın “Le Monde” qəzeti Haftarın Benqazidə insult keçirdiyini və komada olduğunu yazmışdı. Feldmarşal İordaniyanın Əmman şəhərindəki xəstəxanaya, daha sonra Parisdəki klinikaya aparılmışdı. “Middle East Eye” Avropa diplomatına istinadən yazmışdı ki, Haftarın beyninə metastaz vermiş ağciyər xərçəngi var. Anonim həkimlər “Middle East Eye” (ingiliscə) rusca onlayn nəşrinə bunu təsdiq etmişdilər. Lakin ölümlə bağlı məlumat təsdiqlənmədi və aprelin 26-da Xəlifə Haftar Benqaziyə qayıtdı.
Artıq rəsmən prezidenlik uğrunda siyasi mübarizəyə qoşulmaq imkanı qazanan Xəlifə Haftarın siyasi karyera qurmaq uğrunda canfəşanlıq etdiyi bildirilir. O, Qəddafi dövründə baş verən haqsızlıqlara dözməyən xalqdan səs alacağını düşünür...
SADİQ
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

