Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə sülh prosesini müzakirə edib

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə sülh prosesini müzakirə edib

21.06.2023 [20:26]

21 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında görüş keçirilib.

XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan-Şimali Makedoniya arasında ikitərəfli əlaqədar, ATƏT gündəliyində duran məsələlər, habelə sülh prosesinin cari vəziyyəti müzakirə edilib.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı, həmçinin, Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri barədə məlumat verilib. Əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb. Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları qeyd olunub.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30