Paşinyan Qərbə tərəf can atır
15.07.2023 [10:27]
Gülay
Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası arasında nüvə sahəsində çox böyük rəqabət gedir:.
Bu barədə yeniazerbaycan.com-a siyasi şərhçi Turab Rzayev bildirib.
"ABŞ-ın nüvə texnologiyası həm bahalı, həm də kifayət qədər böyük texnoloji proses tələb edir. Bundan əlavə, ABŞ nüvənin istifadəsi ilə bağlı çox ağır şərtlər qoyub və qiymətlər həddən artıq bahadır. Rəsmi Vaşinqton bu sahədə bir çox inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığa üstünlük verir. Rusiya isə bundan istifadə edərək, dünyada geniş bir nüvə stansiyaları şəbəkəsi yaradıb. Rusiya hazırda Səudiyyə Ərəbistan, Misir, İordaniya kimi ABŞ-ın ənənəvi müttəfiqləri olan ölkələrlə nüvə sahəsində əməkdaşlıq edir, burada nüvə reaktorları tikməkdədir. Bu məqamda ABŞ-ın məqsədi daha kiçik modul tipli atom elektrik stansiyalarını bölgələrə ucuz qiymətə satmaq və Rusiyanı sıxışdırıb “bazardan” çıxarmaqdır”.
Politoloq qeyd edib ki, ABŞ Rusiyanın əlindəki əlavə təzyiq imkanlarını məhdudlaşdırmaqda israrlıdır: “Çünki Misir, İran və Səudiyyə Ərəbistandakı stansiyalar Rusiyanın əlində olarsa, sözsüz ki, strateji gücü artar. Ermənistanda da eyni proses baş verir. Ermənistan hökuməti çalışır ki, Metsamor AES-dəki Rusiya asılılığı sona çatsın. Bunun həyata keçməsi üçün isə Metsamoru nüvə stansiyası ilə əvəz edərək, Rusiyanı sıradan çıxarmağa çalışacaqlar. Əlbəttə ki, Ermənistan baş naziri Nikol Paşinyan bu siyasəti hər sahədə həyata keçirmək istəyir. N.Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısına bir sıra şərtlər qoyub. Bunlardan biri də Ermənistanın Rusiya ilə əlaqələrinin maksimum şəkildə məhdudlaşdırılmasıdır. Paşinyan da bu məqsəd uğrunda Rusiya ilə “ipləri gərərək”, Qərbə tərəf can atır.
T.Rzayev Rusiyanın bu siyasətlə barışmayacağını da vurğulayıb. Rusiyanın əlində Ermənistana təzyiq göstərmək üçün bir neçə “silah” var: “Görünür, bu məsələdə də Rusiya ilə Qərb arasında toqquşma olacaq. Yəqin ki, Rusiya Metsamordan çıxmaq istəməyəcək. Ermənistan isə Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq siyasətini davam etdirərsə mühüm təhlükələrlə üzləşəcək. Düşünürəm ki, artıq bu gərginliyin aradan qalxması mümkün görünmür. Hal-hazırda Xocalı cəlladlarından Vitali Balasanyan həbs olunub. Bu o deməkdir ki, Ermənistan daxilində Rusiyaya bağlı olan keçmiş Qarabağ klanı ilə Paşinyan hakimiyyəti arasındakı qarşıdurma davam edir. Nəhayət, bu prosesdə də Paşinyan hakimiyyətinin Qərbə doğru yaxınlaşması kimi oxşar addımların şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

