Avropanı nə gözləyir?
20.07.2023 [11:08]
GÜLAY
"Son günlər Qərb mətbuatında, eləcə də ABŞ mətbuatında Rusiya ilə münasibətlərin normallaşdırılması, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tədricən aradan qaldırılması və Rusiya-Ukrayna məsələlərinin masaya daşınması ilə bağlı fikirlər səslənməkdədir: “Hətta qeyri-rəsmi məlumatlara görə eks-məmurlar, əsasən isə yüksək səviyyəli ABŞ məmurları vasitəsilə Vaşinqton ilə Moskva arasında əlaqələrin qorunmasına yönəlmiş cəhdlər də edib. Həmçinin Ukrayna üzərindən birbaşa Rusiya ilə danışıqların həyata keçirilməsi və nəhayət, Rusiya-Ukrayna müharibəsinin sonlandırılması ilə bağlı cəhdlərin olduğuna dair informasiyalar da mövcuddur. Ukraynada isə mövqe birmənalı deyil. Xüsusilə, anti-Rusiya meyilli qüvvələrin Moskva ilə gizli yollarla danışığın aparılmasına imkan verilməməsi ilə bağlı çağırışları Ağ Evi müəyyən açıqlama vermək məcburiyyətində qoyub. Hesab edirəm ki, Con Kirbinin son bəyanatı, Bayden administrasiyasını rəqibləri tərəfindən üzləşə biləcəkləri tənqidlərdən yayınmağa xidmət edir”.
Bu barədə qəzetimizə açıqlama verən politoloq Anar Əliyev bildirib.
Politoloq ABŞ-da seçkilərin yaxınlaşdığını və administrasiyanın öz daxili proseslərinə fokuslanacağını vurğulayıb: “Görünür, Bayden administrasiyası seçkilərlə bağlı proseslərdən kənar, xüsusilə də xarici siyasət məsələlərinə o qədər də ciddi və mühüm yer ayırmayacaq. Hazırda səslənən fikirlər müəyyən qüvvələrin hesablanmış hərəkətləridir. Onların fikrincə Bayden adminstrasiyası hakimiyyətdə olduğu dövrdə, demək olar ki, heç bir ciddi daxili, eləcə də, beynəlxalq müstəvidə uğuru ilə yadda qalmayıb. Bu baxımdan həmin addımlar Bayden administrasiyasının seçki kampaniyasını uğurla başa çatdırmağa hesablanmış bir davranışdır. İndiki şəraitdə Bayden administrasiyasının qalib gəlməsi sual altındadır. Əgər, bir neçə ay ərzində Rusiya ilə gedən danışıqların real nəticəsi olmasa, danışıqlar prosesi seçkilərin nəticəsi elan olunduqdan sonrakı dövrə qədər uzadılacaq. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması istiqamətində addımların atılmaması isə, Avropanın və dünyanın qida təhlükəsizliyi üçün çox ciddi problemlərin anonsu deməkdir”.
A.Əliyev iyul ayının 17-də taxıl sazişinin müddətinin başa çatdığını və Rusiyanın indiki şəraitdə bu razılaşmanı uzatmayacağını bildirdiyini qeyd edib: “Rusiya ona qarşı sanksiyaların aradan qaldırılmayacağı təqdirdə, taxıl sazişinin müddətinin uzadılmayacağı ilə bağlı bəyanat səsləndirdi. Elə həmin vaxt taxıl, taxıl məhsulları və bu məhsullardan hazırlanan qidaların qiymətində ciddi artımlar müşahidə olundu. Fikrimcə, qarşıdan gələn soyuq payız və qış aylarında da yenidən enerji təchizatına ciddi ehtiyac yaranacaq. Bu fonda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropanın enerji bazarlarında da qiymət artımına gətirib çıxaracaq. Belə təhdidlərlə üzləşməmək üçün Rusiya ilə danışıqlarda real nəticəyə nail olunması vacibdir. Payız aylarına qədər bu danışıqlarda ciddi nəticə əldə olunmasa, Rusiya-Ukrayna müharibəsi, Qərb və Rusiya arasında gərgin münasibətlər xeyli davam edəcək”.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

