Rusiya əks-hücumların qarşısını almağa çalışır
01.08.2023 [11:24]
GÜLAY
Ukraynada şiddətli döyüşlər davam edir. Xüsusilə, ölkənin şimal-şərqində Ukrayna və Rusiya qoşunları arasına güclü toqquşmalar var. Vəziyyətlə bağlı Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya ordusu Ukrayna hərbçilərini işğaldan azad edilən ərazilərdən çıxarmağa çalışır. A.Malyar “Rusların əsas məqsədi Ukrayna ordusunun diqqətini bir sıra uğurlar qazandığı Baxmut bölgəsindən yayındırmaqdır” - deyə açıqlamasına əlavə edib.
Müdafiə nazirinin müavini Rusiyanın arasıkəsilməz hücumlarını Baxmut bölgəsində yaranan gərgin vəziyyətlə əlaqələndirib: “Ruslar Baxmutdakı qızğın döyüşlər zamanı heç də az itki verməyiblər. Onlar bu həftə hücuma keçiblər. Amma bizim qoşunlarımız hücumlara müqavimət göstərir və bəzən ağır itkilərlə onları geriyə çəkilməyə məcbur edirlər”. Onu da qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski həftəsonu cəbhənin Baxmut istiqamətində olub və burada hərbçilərlə görüş keçirib. O, komandirlərin əməliyyat vəziyyəti ilə bağlı məruzələrini dinlədiyini, hərbçilərlə söhbət etdiyini bildirib. Xatırladaq ki, iyulun 25-də Ukrayna Silahlı Qüvvələri quru qoşunlarının komandanı Aleksandr Sırski komandanlığın Baxmut və Krasnolımansk istiqamətlərində gedən qızğın döyüşlərlə əlaqədar planlarında dəyişikliklər edildiyini də açıqlamışdı.
Əsas qarşıdurmalar cənub bölgəsində davam etsə də, Ukraynanın nəzarətində olan şimal-şərqdəki Kupyansk və Liman şəhərləri ətrafında da şiddətli döyüşlər gedir. Rusiya qüvvələri, həmçinin Ukraynada yaşayış məntəqələrini vurmağa davam edir. Dünən gecə saatlarında Xarkov istiqamətində endirdiyi iki raket zərbəsi nəticəsində yerli şirkətin anbarına zərər dəyib və bir nəfər yaralanıb. Zelenski bildirib ki, şənbə günü Rusiyanın Sumı şəhərində məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Rusiya silahlı qüvvələri iyulun 31-də Ukraynanın Krivoy Roq şəhərini raket atəşinə tutub. Raketlərdən biri dördmərtəbəli məktəb binasına, digəri isə doqquzmərtəbəli yaşayış binasına düşüb. Raket yaşayış binasının dördüncü mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər olan hissəsini dağıdıb, binada yanğın baş verib. Ölənlər və yaralıların olduğu ictimaiyyətə açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi isə şimal-şərqdə Ukrayna qüvvələrinin hücumlarının dayandırdığını və Rusiya qüvvələrinin cənubda, Liman şəhəri yaxınlığında Ukraynanın dörd hücumunun dəf edildiyini bildirib. Beləliklə, qarşılıqlı hücumlar davam edir. Müharibənin nə zaman bitəcəyi isə məlum deyil.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

