Qusarın “çar bağı”, “padşah bağı”-nda bir gün…
08.08.2023 [12:04]
Bugünkü səfərimiz Qusar şəhəri - Muxtadır küçəsində yerləşən Nəriman Nərimanov parkına olacaq. Bakıdan 3 saatlıq yolçuluqdan sonra, nəhayət Qusardayıq. Haqqında danışacağımız Nəriman Nərimanov adına Mərkəzi Mədəniyyət və İstirahət Parkı ölkədə ən qədim parklardan sayılır. Qusar çayının əhatəsində, ağacların kölgəsində dincəlmək istəyənlərin ən sevimli məkanıdır. Parka daxil olarkən sizi görkəmli ictimai-siyasi xadim, həkim və yazıçı Nəriman Nərimanovun abidəsi qarşılayır. Bundan başqa, 10-a yaxın heykəl, konsert səhnəsi, fəvvarə, kafe, veteranlar evi də mövcuddur. Qəhrəmanlar xiyabanının sonunda Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin heykəli qoyulub.
Bir qədər parkın tarixi haqda...
Park 1853-cü ildə Qusarda olan rus hərbçiləri tərəfindən təbii meşənin çəpərlənməsi yolu ilə salınıb. Sovet dönəmində həm qusarlıların, həm də qonaqların sevimli yerlərindən biri olub. 1963-cü ildə Azərbaycan Respublikasının ən yaxşı parkı adına layiq görülüb. Əvvəllər bura “çar bağı”, “padşah bağı” da deyirdilər. 1972-ci ildə isə ədibin anadan olmasının 100 illiyi münasibətilə Nəriman Nərimanovun adı verildi və heykəli qoyuldu.
Daha ətraflı məlumat almaq üçün N.Nərimanov adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının direktoru Sənan Xəlilov ilə həmsöhbət olduq. Onun sözlərinə görə, park 1940-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə keçirilsə də, son 3 ildir ki, Qusar rayon İcra Hakimiyyətinə verilib: “Parkda 15-ə yaxın ağac növü var. Ən yayılmışı isə Göyrüş ağacıdır. Mifologiyada bu ağac həyatın mənbəyi və ölümsüzlük simvolu hesab edilib. Ən bərk oduncağı olan ağaclardan biridir. Zamanında bu ağacdan balta sapı və araba təkərləri düzəldərlərmiş. Bundan başqa, at şabalıdı, vələs, çökə, akasiyaların bir neçə növü var. Eləcə də burada endemik bitkilər, habelə cır soğan, cır sarımsaq və pəl bitir. Pəldən bizdə qutab bişirirlər”.
Parkın heyvanat aləmi də çox zəngindir. Belə ki, parkda 15-ə yaxın quş növü var. Burada qaratoyuq, sərçə, sığırçın, ağacdələn, göyərçin, qarğa, şahin və s. növlərinə rast gəlmək mümkündür.
Baxımı üçün hansı işlər görülür?
Hər gün yüzlərlə qonaq qəbul edən parkın təmizliyi və baxımı üçün xüsusi önəm verilir. Bildirilib ki, bu yaxınlarda buranın elektrik sistemi yenidən qurulub: “Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ərazi hər gün iki dəfə təmizlənir. Sadəcə mühərriki işləmədiyi üçün fəvvarəmiz fəaliyyət göstərmir. O da bu yaxınlarda düzələcək. Xüsusilə də uşaqların əylənməsi üçün attraksionlara ehtiyac var. O cümlədən idmanla məşğul olanlar üçün trenajor meydançası qurulmalıdır. Parkın 15 hektara yaxın ərazisi olduğu üçün planları rahatlıqla həyata keçirmək mümkündür. Bildiyiniz kimi, parkda veteranlar evi də fəaliyyət göstərir. Yaşlılar üçün nərd və şahmat oyunları keçirilir. Hətta bu yaxınlarda Rusiyanın mədəniyyət kanalının əməkdaşları parkda veteranlarımızla çəkiliş də etmişdilər”.
Parkın gözəlliyinin seyrinə dalan, istirahət edən qonaqlardan birinə yaxınlaşdıq. Nofəl müəllim deyir ki, yaxınlıqda yaşadığı üçün mütəmadi olaraq bu parka üz tutur. Həmsöhbətim bütün yayı burada istirahət etdiyini, parkda daha yaxşı şəraitin yaradılmalı olduğunu deyir.
Qonaqların hər biri ilə söhbət edərkən öyrəndik ki, 1960-cı illərdə parkda insan əlindən tərpənmək mümkün deyilmiş. İstər Qusar əhli, istərsə də şəhərin qonaqları buraya üz tutarlarmış. O dövrdə park gül-çiçəklərlə əhatələnərmiş. Kitabsevərlər üçün kitab sərgiləri, eləcə də hər şənbə günləri konsertlər keçirilərmiş. Yerli sakinlər parkın o şan-şöhrətli günlərə yenidən qayıdacağına çox inanırlar. Bizi isə quruculuq işləri görüldükdən sonra bir daha parkdan reportaj hazırlamaq üçün dəvət etdilər. Sözümüz sözdür, deyib üz tutduq yaxınlıqdakı Mixail Lermontovun ev-muzeyinə...
P.S. Növbəti materialımızda həmin müzeydən reportajı sizə təqdim edəcəyik.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

