Paşinyan nə istəyir - sülh, yoxsa...
09.08.2023 [11:36]
P.İSMAYILOV
Sirr deyil ki, bəzi ölkələrin Ermənistanı aktiv silahlandırması ilə bağlı informasiyalar yayılmaqdadır. Fransa, Hindistan və digər dövlətlərin bu işdə daha çox fəallıq nümayiş etdirməsi isə rəsmi şəkildə təsdiqini tapır - bu, regionda sülh arxitekturasının formalaşmasına mühüm təhdidlər yaradır. Sülhdən danışan, danışıqlar prosesinin inkişafında maraqlı olduğunu söyləyən Ermənistanın indiki halda silah almaq zərurəti haradan yaranır? Sosial problemlərin girdabında boğulan məğlub dövlətin indiki zamanda silah almağa pul xərcləməsi nə qədər məntiqlidir? Ortaya bir reallıq çıxır - Ermənistan danışıqlar prosesini manipulyasiya edir, yeni müharibəyə hazırlaşır. Azərbaycan hər zaman sülhün və əmin-amanlığın tərəfdarı kimi çıxış etsə də, bu kimi halların qarşısını almaq iqtidarındadır.
Bəzi siyasi təhlilçilər son dövrlərdə Paşinyanın ritorikasında dəyişikliklərin müşahidə olunmasını onun siyasi dəstəyinin azalması ilə əlaqələndirirlər. Məsələn, “Gallup” bu yaxınlarda Ermənistanda növbəti sorğu keçirib və nəticə baş nazir Nikol Paşinyan üçün ürəkaçan deyil. “Gallup”a görə, respondentlərin yalnız 13,3%-i hakim partiyaya səs verməyə hazırdır. Müxalifətçi “Ermənistan” 3,8%, “Çiçəklənən Ermənistan” 1,8%, “Şərəf duyuram” bloku isə 1,5% səsə ümid edə bilər. Respondentlərin 0,8%-i “Daşnaksütyun”a, 0,4%-i Erməni Milli Konqresi və “Sasna Tsrer”ə səs verməyə hazır olduğunu bildirib (Müxalifətə üst-üstə 8% səs). Sorğu habelə müəyyən edib ki, vətəndaşların 67%-dən çoxu N.Paşinyana etibar etmir. Demək ki, Paşinyan nüfuzunu nitqində daha “radikal” sözlər seçməklə kompensasiya etməyə çalışır - bu isə səhv yoldur. Erməni baş nazir yeni müharibə “axtarışına” çıxmaqdansa sülhə imza atmalıdır. Bu addım isə Ermənistana sülhlə yanaşı, firavanlıq, rifah vəd edir. Beləliklə, Paşinyan itmiş nüfuzunu müharibə ritorikası ilə yox, sülh qətiyyəti ilə bərpa edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

