Ankaranın rolu arta bilər...
12.08.2023 [16:23]
Pərviz SADAYOĞLU
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Moskvanın və Ankaranın rolu barədə maraqlı fikirlər səsləndirib. Miller ənənəvi brifinqdə dövlət katibi Blinkenin türkiyəli həmkarına ötən şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı roluna da toxunub. O bildirib ki, bu barədə ətraflı danışmaq istəmir - bu, özəl diplomatik söhbətdir: “Lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər”.
Beləliklə, ABŞ rəsmisinin bu fikirləri olduqca mühüm nüanslara söykənir. Ankaranın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasında daha məhsuldar rol oynaya bilər fikri ABŞ-ın regionda yeni siyasi situasiya formalaşdığının etirafı kimi də qəbul oluna bilər. Vaşinqton Türkiyənin böyük və mühüm rolunu qəbul edir, sülhün formalaşmasında daha aktiv fəaliyyətini arzulayır
Bəli, Türkiyə regionun əsas siyasi oyunçularından biri kimi prosesdə fəal şəkildə iştirak edir. Rəsmi Ankara “Şuşa bəyannaməsi”nə əsasən Azərbaycanla strateji və hərbi müttəfiqdir. Eyni zamanda, Ermənistan ilə münasibətlərin nizamlanması üçün mühüm prosesə start verilib. Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Bütün bu faktlar Türkiyənin sül?yaratma prosesində daha aktiv rol almaq imkanlarını ortaya qoyur.
Ən əsası isə, Türkiyə vasitəçilik missiyasını daha uğurlu şəkildə həyata keçirməyi bacarır - rəsmi Ankara bu faktı Ukrayna ilə Rusiya arasında vasitəçiliyi ilə sübut edib. Hətta BMT-nin baş katibi Antonio Quterreş belə Türkiyənin prosesdəki rolunu əvəzsiz adlandırıb. Müharibənin ən qızğın dövründə belə rəsmi Ankara tərəfləri bir masa arxasına gətirməyi bacardı - dünyanın əsas diqqət mərkəzində olan “taxıl dəhlizi” məsələsinə təminatçı oldu.
Toxunulası mühüm məqamlardan biri Türkiyənin mövcud siyasi-hərbi vəziyyətidir. Türkiyə regionun əsas hərbi gücüdür - bu danılmaz faktdır. Əgər regionda hansısa hərbi disbalans yaranacaqsa, burada Türkiyənin iştirakı qaçılmaz olacaq, hətta ən azından onun bu hərbi kataklizmə münasibəti əsas kimi götürüləcək. Yəni, bütün hallarda baş verə biləcək fors-major situasiyada belə Türkiyənin iştirakı mütləqdir. Bu mənada, tənzimləyciyi rolda Ankaranın çıxışı ən real hal sayılmalıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

