İrəvan təşkilata təzyiq etməyə çalışsa da...
28.07.2023 [12:08]
Nardar BAYRAMLI
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından da imtina edib. Ermənistanın baş naziri Nikol Paşinyan ilin əvvəlində keçirdiyi mətbuat konfransı zamanı KTMT-nin bu il Ermənistanda hərbi təlimlərinin keçirilməyəcəyini də “bəyan etdi”. Bu zaman o, blokun məsuliyyət zonasının nədən ibarət olduğunu anlamaq üçün erməni tərəfinin hələ də KTMT-dən konkret cavab gözlədiyini bildirdi. Rusiya Müdafiə Nazirliyi ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirdi ki, İrəvan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Ardınca da əlavə etdi ki, tərəflər arasında anlaşılmazlıq yaranıb.
Ermənistan hökumətinin təlimlər keçirməkdən imtina etmək qərarı onların regional kollektiv təhlükəsizlik sistemindən narazılıqlarının növbəti nümayişi oldu. Rəsmi İrəvan hər zaman xatırladır ki, kollektiv təhlükəsizlik sistemi keçən ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya lazımi reaksiya verməyib. KTMT-nin İrəvanda keçirilən noyabr sammitində isə Ermənistan tərəfinin tutduğu mövqeyə görə iki sənədi - KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərarı imzalamaq mümkün olmamışdı. O zaman bu, Rusiya Prezidenti Vladimir Putinin açıq-aşkar narazılığına səbəb olmuşdu. Hər iki sənəd yenidən işlənmək üçün geri qaytarılmışdı.
Beləliklə, Ermənistan daha bir addım ataraq, Moskvanın hərbi blokundan narazılığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir. Kifayət qədər uzun müddətdir müşahidə etdiyimiz bütün bu addımlar uzaq perspektivdə nəyə hesablanıb? İrəvan KTMT-dən çıxmaq barədə artıq qərar verdiyinə işarə edir? Yoxsa bu, tərəfdaşlarını Azərbaycana qarşı hansısa addımlar atmağa məcbur etmək üçün yeni cəhddir? Amma məlumdur ki, təşkilat Azərbaycana qarşı heç bir addım atmayacaq. Ən azı ona görə ki, Azərbaycanın Ermənistan istisna olmaqla KTMT-nin bütün üzv ölkələri ilə çox yüksək münasibətləri mövcuddur. Bu ölkələr Ermənistandan daha çox Azərbaycanla əlaqələri gücləndirməyi üstün tutur. Bu səbəbdəndir ki, erməni rəsmiləri həmişə “Ermənistan KTMT-ni tərk edirmi” sualına “Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir” cavabını verirlər. Rəsmi İrəvanın Belarusda keçiriləcək təlimlərdə iştirak etməsinin əsasında da bu səbəblər dayanır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

