Ölkəmiz dünyanın multikulturalizm mərkəzinə çevrilir
18.08.2023 [14:13]
Günel ABBASOVA
Qloballaşan dünyada milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər də çətindir: “Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı isə dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin nəzərini cəlb edir. İstər dini, istərsə də milli və etnik mədəniyyət müstəvisində tolerant bir xalq olan Azərbaycan xalqı özünə mənsub olan və ölkəmizin qanunlarını pozmayan istənilən milli-mənəvi dəyərlərin daşıyıcılarına hörmətlə yanaşır. Ölkəmizdə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur.
Bu barədə Milli Məclisin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Özünəməxsus dini və milli ənənələri olan Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır.
Azərbaycanın dövlət strukturlarında, rəhbər orqanlarda və digər qurumlarda müxtəlif xalqların nümayəndələri təmsil olunurlar. Bu da Azərbaycanda bütün xalqlara bərabər münasibətin təcəssümüdür”.
Onun sözlərinə görə, çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı, bu dəyərləri özünün həyat tərzinə çevirməyi bacarıb: “Azərbaycanın tolerant dövlət kimi formalaşması, multikultural dəyərlərə böyük önəm verməsi və mövcud sahədə apardığı uğurlu siyasət, artıq dünya birliyi tərəfindən də uğurlu bir nümunə kimi təsdiq olunub. Bu mənada, qlobal səviyyədə baş verən antisemitizm və dözümsüzlük hallarının aradan qaldırılmasında, multikulturalizmin Azərbaycan modeli uğurla tətbiq edilə bilər. Bütün dinlərə, mədəniyyətlərə əsrlər boyu hörmətlə yanaşan Azərbaycanda bütün millətlər və din mənsubları rahat yaşayır və öz adət-ənənələrinə, dinlərinə sadiq qala bilirlər.
Ölkəmizdə tarixən mövcud olan tolerant və multikultural ənənələr həm də hüquqi və siyasi müstəvidə tam təsdiqini tapıb. Azərbaycanda mövcud olan tolerantlıq, bütün dünyəvi dinlərin burada sərbəst fəaliyyət göstərməsi, ölkəmizin dünyəvi dövlət imicini formalaşdırır və bir vizit kartı rolunu oynayır. Bu da imkan verir ki, Azərbaycan yüksək mədəniyyətə malik tolerant dövlət kimi humanitar sahələrdə beynəlxalq tədbirləri gerçəkləşdirsin. Bu tədbirlərdə müzakirə olunan dəyərlər həm ölkə daxilində, həm də ölkə xaricində insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilib”.
Deputat qeyd edib ki, dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə həm də demokratik dəyərlərin tərəqqisinə yol açıb: “Yeni geosiyasi düzəndə slavyançılıq, avrasiyaçılıq, İslam, türkçülük, Avropa dəyərləri kimi axınların kəsişməsində yerləşən Azərbaycanın tolerant mühiti, multikultural və dözümlülük dəyərləri ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirib. Ölkəmizdə keçirilən bütün tədbirlərdə tolerantlıq və multikulturalizm dəyərlərinin hansı səviyyədə təbliğ olunması açıq müzakirə predmetinə çevrilir və böyük diqqət cəlb edir.
Bu gün dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində irəliləyişlər baş verir. Bunun əyani nümunəsi də, Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla yanaşı, xristian və yəhudi məbədlərinin də təmir və tikintisinə dövlətin yaxından dəstək verməsidir”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

