Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 30 ildən sonra...

30 ildən sonra...

19.08.2023 [12:10]

Füzulidə ilk addımlar

Günel ABBASOVA

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı tam şəkildə təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt müddətində, bəhs olunan ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başladı, bir çox layihələrin icrası isə uğurla yekunlaşdı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür.

İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli,  sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması dövlət tərəfindən görülən işlərin, həyata keçirilən layihələrin bariz nümunəsidir:

Prezidentin təşəbbüsü və diqqəti nəticəsində 30 ilə yaxındır doğma torpaqlarından didərgin düşmüş köçkünlərimiz ən son texnoloji yeniliklərə uyğun bərpa və təmir olunmuş mənzillərinə, evlərinə, torpaqlarına - doğma yurdlarına geri qayıdırlar. Zəngilan və Laçına bir çox ailələrin köçünün reallaşması bu gün hər bir azərbaycanlıda sevinc və qürur hissi oyadır. Bu gün Qarabağ uzun illərlə davam edən işğaldan sonra sürətlə abadlaşır və dirçəlir. Şübhə yoxdur ki, İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti və bərpa-quruculuq işləri nəticəsində Qarabağ tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bu gün Şərqi Zəngəzur bölgəsinə köçün ardından Qarabağda Böyük Qayıdışın başlaması atılan addımların uğurla nəticələnməsinin bariz nümunəsidir.

Belə ki, avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola düşüb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Milli Məclisin üzvü, 84 saylı Füzuli seçki dairəsindən seçilən deputat Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün Qarabağ üçün tarixi günlərdəndir: “30 illik Ermənistan işğalının sona yetməsindən sonra ilk dəfə azad Qarabağda məskunlaşmaya start verildi. Daha öncə Şərqi Zəngəzurda - Zəngilan və Laçın rayonlarında vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasına başlanılmışdı. Füzuli şəhərində məskunlaşma Qarabağda Böyük Qaydışın başlanğıcıdır. Bu gün 23 ailə yeni qurulan Füzuli şəhərində mənzil sahibləri oldular. Bu ay bütövlükdə 144 ailənin Füzuli şəhərinə qayıdacağı gözlənilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə Füzuli şəhərini işğaldan azad edən zaman üçrəngli Azərbaycan bayrağını asmaq üçün dağıdılmamış bir tikili belə tapmaq mümkün olmamışdı. Ermənistan işğalı nəticəsində şəhər tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri bu gün öz döğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyur”.

Deputat qeyd edib ki, şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır: “Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Böyük Qayıdışın mübarək, Qarabağ!”.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30