QAİ-dən bəyanat, cavab və xatırlatma...
25.08.2023 [10:35]
Y.BAYRAMOVA
Avqustun 22-də Belçikanın xarici işlər naziri Hadija Labibin İrəvanda səsləndirdiyi fikirlərin tamamilə qərəzli olması hər kəsə məlumdur. Bu, belçikalı nazirin cari ayda ölkəmizə qarşı ikinci belə riyakar açıqlamasıdır. Bundan əvvəl də Hadija Labib avqustun 12-də, guya, Laçın yolundakı “blokada” ilə bağlı reallıqdan tamamilə uzaq fikirlər səsləndirmişdi.
Labibə xatırlatma...
Görünür, Azərbaycanın tarixin arxivinə göndərdiyi Qarabağ münaqişəsinin mahiyyəti barədə məlumatsız olan Labib həm də Ermənistanın manipulyasiya siyasətinə aldanıb. Qərbi Azərbaycan İcması (QAİ) da Belçikanın xarici işlər nazirinin səsləndirdiyi absurd fikirlərlə bağlı bəyanat verib. Belçikanın 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmadığı xarici işlər nazirinə xatırladılıb.
Həmçinin icma Belçikanı ikili standartlar siyasətinə son qoymağa və ölkəmizin daxili işlərinə müdaxilə etməməyə çağırıb. Belçikanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə münasibətdə selektiv yanaşmadan çıxış etməsi bu ölkənin riyakarlığından xəbər verir:
“Əslində, belçikalı nazir İrəvandakı görüşlər zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı. Lakin hiss olunur ki, o, ya keçmiş münaqişənin mahiyyəti barədə, ümumiyyətlə, məlumatsızdır, ya da Ermənistanın uydurduğu qondarma hekayələrin təsiri altındadır. Xarici işlər nazirinə xatırladırıq ki, Belçika 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmayıb. Qərbi Azərbaycan İcması bir daha Belçikanı ikili standartlar siyasətinə son qoymağa və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”.
Çexiyadan qərəzli yanaşma
Bundan başqa, İcma Çexiyanın xarici işlər naziri Yan Lipavskinin ölkəmizə qarşı səsləndirdiyi qərəzli bəyanatını da pisləyib. Sözügedən bəyanatda qeyd olunub: “Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, onun daxili işlərinə müdaxilə etməməyə çağırırıq”.
QAİ, həmçinin Çexiyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb.
Kanada bu hüququnu çoxdan itirib...
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Joli də erməni icmasının tədbirində çıxışı zamanı ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirib. İcma Melani Jolinin anti-Azərbaycan acıqlamasını, Azərbaycanın suveren ərazilərinə münasibətdə qondarma, əcaib addan istifadə etməsini kəskin şəkildə pisləyib.
QAİ-nin bununla bağlı bəyanatında bildirilib: “Azərbaycan əleyhinə mövqe sərgiləyən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləməsinə və onların öz evlərinə qayıtmasına imkan verməməsinə göz yuman kanadalı nazir nədənsə, Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə atdığı legitim addımlardan xoflanır. O, ölkələrin suverenliyi və ərazi bütövlüyünə münasibətdə ikili standartlar yanaşmasından çıxış edir.
Xanım nazirə xatırladırıq ki, tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri olan Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib.
Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd edirik”.
Bəyanat
Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin avqustun 24-də keçirilmiş iclasında üçtərəfli Bəyanatın qaçqın və məcburi köçkünlərin qayıdışı ilə bağlı müddəasının guya Azərbaycan tərəfindən icra edilməməsi barədə səsləndirdiyi iddialar və ölkəmizi ermənilərə qarşı etnik təmizləmə niyyətində olmaqda ittiham etməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıların hamısını qovmuş, bədnam monoetnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur. Konkret olaraq, qayıdış hüququ ilə bağlı qeyd edək ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilib Azərbaycan ərazilərindən çıxarılana qədər Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməyib.
Qeyd olunub ki, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir. Həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər. Azərbaycan isə 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları reinteqrasiya etməyə çalışır. Həmçinin Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

