“Milyonçular qovşağı” – Balaxana
30.08.2023 [14:36]
Abşeron kəndləri
Şahanə Xankişiyeva
Balaxanı kəndi Bakının əsas sənaye və neft mərkəzlərindən biri olub. Elə indinin özündə də kənardan baxanda elə bilirsən ki, kənd neft buruqları içində sanki üzür. Bir vaxtlar Bakı milyonçularının, Nobel qardaşlarının Balaxanıda neft mədənləri, neft emalı zavodları və qurğuları olub. Kənd və burada yaşamış milyonçuların da maraqlı tarixçəsi var. Ümumiyyətlə, Balaxanı kəndinin özünəməxsus koloriti, tarixdə özəl bir yeri var.
Kəndin adının mənası "bala" —yuxarı, hündür, "xana" — ev deməkdir. Yerli balaxanılılar isə öz dillərində bu kəndə "Bəəxonə" deyir ki, Bəə — yuxarı Xonə — ev deməkdir. Balaxana qədim zamanlarda karvansarayların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrosol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439–1440-cı illərdə tikilmiş Səngəçal karvansarayının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.
Tarixçilərin araşdırması nəticəsində məlum olub ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərib. Böyük Mirzə Ələkbər Sabirin də 1910-cu ildə Balaxanı məktəblərinin birində dərs deməsi də bunun bariz nümunəsidir. Şair bir sıra şeirlərini də məhz Balaxanıda yazıb-yaradıb. Balaxanı kəndi böyük şəxsiyyətlər yetişdirib. Bəstəkar Cahangir Cahangirov da bu kəndin yetirmələrindəndir. Hazırda kəndin küçələrindən biri və 4 saylı məktəb C.Cahangirovun adını daşıyır.
Balaxanı milyonçuları İngiltərədə olarkən futbol oyunu onların diqqətini cəlb edir. Bu maraq sonradan ölkədə futbolun ilk oynanıldığı məkanın Balaxanı olması ilə nəticələnir. 1910-cu ildə ilk dəfə futbolu balaxanılılar oynayıb. Üstəlik, kənddə salınmış meydançada balaxanılılar ingilislərlə oynayıblarmış.
Ölkəmizdə ilk dəmiryol stansiyası da məhz Balaxanıda tikilib. Kəndin torpaqlarının neftlə zəngin olması bura böyük sərmayələrin yönəldilməsinə səbəb olub. Nəticədə burada infrastruktur daha sürətlə inkişaf edib.
Azərbaycanda ilk dəfə olaraq kino 2 avqust 1898-ci ildə Balaxanı kəndində "Balaxanıda yanğın" filmi çəkilib. Həmin film qısa metrajlıdır. Moskva arxivində saxlanılır. Ilk dəfə bu məlumat 1898-ci ilin avqust ayında Bakıda çap olunan "Kaspi" qəzetində çap olunub. Hazırda həmin qəzetin nüsxələri Moskva dövlət arxivində saxlanılır.
Deyilənə görə, günlərin birində Bakının mərkəzində Nobel qardaşlarına məxsus maşını görən milyonçulardan birini maraq götürür. Milyonçu ilk dəfə atsız araba gördüyündən bərk təəccüblənir. Sonra da bu qəribə arabaya minmək qərarına gəlir. Bunun müqabilində sürücüyə çoxlu pul verəcəyini deyir. Şəhərin mərkəzindən Balaxanı kəndinə onu aparması üçün 10 qızıla sövdələşir. Bir qədər gedəndən sonra sürücü maşının siqnalını basır və siqnal milyonçunun xoşuna gəlir. Sürücüyə hər vurduğu siqnala görə bir qızıl verməyə başlayan milyonçu Balaxanının mərkəzində atsız arabadan düşür.
Kənd əhlinin maraqla baxdığı bu araba gedəndən sonra milyonçudan ona minmək üçün nə qədər pul verməsini soruşurlar. Milyonçu da deyir ki, atsız arabada gəzmək elə də baha deyil, amma siqnalın pulu arabaya minməkdən baha başa gəldi.
Balaxana əhalisinin köhnə inanclarına görə o zamanlar Balaxanı milyonçuları arasında quyu fontan vuranda ağ kostyum geyinib pencəyin yaxalığına qara neft çiləmək kimi böyük və indi bəlkə də sirli görünən bir adət olub. Bunun adına neft mərasimi deyilirdi. İnanca görə, ağ paltarın üstündəki o qara ləkələr xeyir-bərəkət rəmzi idi. Milyonçular üstündə yağlı neft ləkələri olan o bahalı paltarlarını çıxarıb evdə saxlayar, yudurtmazlarmış.
Hazırda köhnə Balaxana kəndindən əsər-əlamət qalmayıb. Belə ki, qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

