Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 3 ilə 95 min hektardan çox ərazi...

3 ilə 95 min hektardan çox ərazi...

06.09.2023 [11:25]

İşğalın öldürücü qalıqları təmizlənir

Günel ABBASOVA

44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə Qarabağ regionunun dirçəldilməsi, tarixi şəhər və kəndlərimizin yenidən qurulması və insanlarımızın ata-baba yurdlarına qayıtmalarıdır. Bu proses sürətli və müasir standartlara uyğun formada davam etdirilir.

Hazırda “Böyük Qayıdış”ın tam formada reallaşmasını ləngidən əsas məsələ erməni yaraqlılalarının bu torpaqlarda basdırdığı minalar və partlamamış döyüş sursatlardır. Ona görə də ilkin mərhələdə işğaldan azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi başlıca vəzifələrdən biridir. Artıq üç ilə yaxındır ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi davam edir.

Ötən həftə...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatına əsasən avqustun 28-dən sentyabrın 3-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 26 mina və 160 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 1069,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

3 ilə 95 min hektardan çox ərazi minadan təmizlənib

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabrından bu yana 95 min hektardan çox ərazi minadan təmizlənib: “30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 305 nəfər isə mina qurbanı var. Onlardan 57   nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə sədr əlavə edib.

Minatəmizləmə prosesinə müasir töhfə

Vüqar Süleymanov Azərbaycanda istehsal edilən minatəmizləmə maşınının təqdim edilməsi mərasimində bildirib ki, 2 il ərzində Azərbaycan xaricdən minatəmizləmə maşınları alırdı: “İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir. Çox sevindirici haldır ki, bu gün bu maşınlar artıq Azərbaycanda istehsal edilir. Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə işlərinə başlanıldı. Bu gün işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir”, - deyə sədr vurğulayıb.

Hansı ölkələr prosesə dəstək verir?

Həm işğal dövründə, həm də sonrakı dövrdə Qarabağda basdırılan minalar, demək olar ki, hər gün günahsız insanların canını alır. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-dən çox azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb.

Azərbaycan artıq 3 ildir ki, bu kimi böyük müharibə cinayətinin aradan qaldırılması uğrunda mübarizə aparır. Bu fəaliyyət dövründə bir sıra ölkələr və təşkilatlar Azərbaycanın apardığı haqq işinə öz dəstəyini nümayiş etdirib. Minaların təmizlənməsinə yerli mütəxəssislərlə yanaşı xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verir. Qardaş Türkiyənin minatəmizləmə işində ölkəmizə verdiyi dəstək isə daha real və əhatəli məzmuna malikdir.

Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirən Avropa İttifaqı respublikamıza ərazilərin minalardan təmizlənməsinə dəstək verən böyük donor qismində çıxış edir. Avropa İttifaqı ANAMA-ya 2,5 milyon avro məbləğində yardım göstərib. Əməkdaşlıq çərçivəsində respublikamıza yardım edənlər arasında, həmçinin ABŞ-ın Marşal İrsi İnstitutunu və Böyük Britaniyanı qeyd edə bilərik. ABŞ-ın Marşal İrsi İnstitutu vasitəsilə minaaxtaran itlərin alınmasına dəstək verilib. Böyük Britaniya tərəfindən isə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinə dəstək göstərilib.

Minalar Ermənistan istehsalıdır

Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan tam təmizlənməsi üçün təxminən 30 il və 25 milyard ABŞ dolları vəsait lazımdır. Eyni zamanda, ölkəmiz tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində aşkar edilib ki, zərərsizləşdirilən minaların böyük əksəriyyəti Ermənistanda istehsal olunub. Piyada əleyhinə aşkar edilən 1400 mina məhz bu qəbildəndir. Həmin minalar 2021-ci ildə Laçın yolu ilə Ermənistandan Azərbaycana gətirilərək sərhədyanı ərazilərdə basdırılıb. Həmçinin Azərbaycan Ordusunun bir hərbi mövqeyindən digərinə aparan yollar da separatçılar tərəfindən minalanıb. Bütün bu faktlar Ermənistanın 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra törətdiyi cinayət əməllərinin kiçik mənzərəsidir.

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30