Parlamentin payız sessiyasının ilk komitə iclasında
07.09.2023 [10:25]
Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları açıqlandı
Günel ABBASOVA
Sentyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Ziyafət Əsgərov payız sessiyasında deputatlara uğurlar arzulayıb. O, bildirib ki, iclasın gündəliyinə 4 məsələ daxildir.
İclasın birinci məsələsi olan 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatını təqdim edən Ziyafət Əsgərov bildirib ki, hesabat dövründə komitənin 8 iclası keçirilib, 22 məsələyə baxılıb. Komitədə 4 qanun layihəsi üç oxunuşda, 8 qanun layihəsi isə bir oxunuşda müzakirə edilib. Bunlar “Fövqəladə vəziyyət haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.
Hesabat təsdiqləndikdən sonra Ziyafət Əsgərov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Bildirib ki, komitə payız sessiyasında əsasən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunacaq qanun layihələrinə baxacaq. Bununla yanaşı, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi üzərində iş davam etdiriləcək.
Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Saziş 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb, preambula və 13 maddədən ibarətdir.
Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir. Bu Sazişin icrası üçün tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması 2011-ci il 26 oktyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında məxfi məlumatlar qarşılıqlı mühafizəsi haqqında Saziş”ə əsasən həyata keçirilir.
Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Sonra komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyin növbəti məsələsi - “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsidir. Qanun layihəsi “Dövlət ehtiyatları haqqında” Qanuna uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Belə ki, “Dövlət ehtiyatları haqqında” Qanunla tənzimlənən məsələlər müvafiq qanunlardan çıxarılır, habelə bir sıra terminlərin dəqiqləşdirilməsi həyata keçirilir.
Bu qanun layihəsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasın gündəliyindəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra komitədə Laçın yolundakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib. Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil.
Sonra çıxış edən komitə üzvləri Elman Məmmədov, Hikmət Məmmədov, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Kamal Cəfərov məsələ barədə fikirlərini açıqlayıblar. Bununla da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası başa çatıb.
İclasda komitə üzvləri Erkin Qədirli, Bəxtiyar Sadıqov, Nurlan Həsənov, Aydın Mirzəzadə, Nizami Səfərov və Əminə Ağazadə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47

