TDT üzvü ölkələrin nazirləri Bakıda...
08.09.2023 [11:00]
Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsi müzakirə edilib
Türk Dövlətləri Təşkilatı mühüm regional faktor kimi uğurla inkişaf etməkdədir. Demək olar ki, bütün sahələr üzrə əməkdaşlığı özündə əks etdirən təşkilatın fəaliyyət istiqamətləri türkdilli dövlətlərin inteqrasiyasında mühüm rol oynayır. Xüsusi olaraq vurğulanmalıdır ki, qarşıdakı dövrdə təşkilatın daha da genişləndirilməsi, funksionallığının artırılması, hətta müdafiə sahəsində əməkdaşlığın təşkilati səviyyəyə çatdırılması belə hədəflənir. Eyni zamanda, təşkilatda təmsil olunan dövlətlər ən kritik anlarda bir-birilərinin yanında yer alır, ən çətin situasiyalarda yardıma tələsir. Məsələn, bu ilin əvvəlində Türkiyədə baş verən təbii fəlakətin ardından Azərbaycan başda olmaqla, digər TDT üzvləri rəsmi Ankaraya bütün vasitələrlə yardım etdilər. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu ilin martında TDT-nin Ankara Zirvə görüşü təşkil olundu - Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan tədbirin Ankarada keçirilməsi təsadüfi deyildi. TDT-nin fövqəladə Zirvə Görüşü 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyırdı. Zirvə görüşü “Fəlakətlərin - Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” adlanırdı.
Mövcud əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi...
Sentyabrın 7-də isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak ediblər. TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin İkinci İclasının keçirilməsində məqsəd Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsi olub.
Yeni Saziş qurumlar arasında əlaqələri genişləndirəcək
Çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında hərtərəfli münasibətlərin ildən-ilə sürətlə genişləndiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında sıx inteqrasiya prosesləri qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib, Türk dünyasının birliyini, gücünü, qüdrətini artırıb. 2023-cü ilin fevral ayında qardaş Türkiyədə baş vermiş və bütün türk dünyasını sarsıtmış dağıdıcı zəlzələnin fəsadlarına qarşı mübarizədə türk dövlətlərinin dəstəyi ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsinə çevrilib. Vurğulanıb ki, bu çərçivədə, fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Təbii və texnogen xarakterli fövqəladə halların getdikcə geniş vüsət aldığı müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsi əhəmiyyət aşımaqdadır. Bu mənada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin İkinci İclası və “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş”in qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edilib.
Bəyannamə imzalandı
İclasda çıxış edən TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak edən nazirlərin Bakı görüşünün təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan verəcəyinə əmin olduğunu deyib. Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, irimiqyaslı fövqəladə hallarla mübarizə üzrə türk dövlətləri arasında koordinasiyalı fəaliyyətin vacibliyini qeyd ediblər. İclasda “Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş” layihəsinin yekun müzakirəsi aparılıb. Çıxışlardan sonra Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının bəyannaməsi imzalanıb.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

