Peşə təhsili üzrə ixtisasların təsnifatına 95 yeni ixtisas əlavə edilib, 24-ü ləğv olunub
08.09.2023 [17:07]
Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Təsnifata edilən bir sıra dəyişikliklər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi və müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının əmək bazarının tələblərinin ödənilməsinin təmin edilməsi məqsədilə aparılıb.
Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na 5 yeni ixtisas qrupu və 95 yeni ixtisas əlavə edilib, 24 ixtisas ləğv olunub və ya adı dəyişdirilib.
Qərarla “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilib:
“Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqaməti üzrə” hissəsində:
1. “030103 Reklam işi” ixtisas qrupuna “Reklam işçisi” ixtisasından sonra “Reklam dizayneri” ixtisası əlavə edilib;
2. “030110 İnteryer və eksteryerin bədii tərtibatı” ixtisas qrupuna “Bədii tərtibat işlərinin icraçısı” ixtisasından sonra “Florist” ixtisası əlavə olunub;
3. “030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar” ixtisas qrupuna “Metaldan döymə üsulu ilə bədii məmulatlar hazırlayan usta” ixtisasından sonra “Ağac nəqqaşı” ixtisası əlavə edilib.
“İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissəsində:
1. “030202 Mühasibat işi” ixtisas qrupuna “Əməliyyatçımühasib” ixtisasından sonra “Mühasibat uçotu” ixtisası əlavə edilib;
2. “030203 Sığorta işi” ixtisas qrupuna “Sığorta agenti” ixtisasından sonra “Sığorta işçisi” ixtisası əlavə olunub;
3. “030204 Kommersiya” ixtisas qrupuna “Təchizat üzrə agent” ixtisasından sonra “Dayə”, “Logistika operatoru”, “Merçandayzer”, “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” və “Tədbirlərin təşkilatçısı” ixtisasları əlavə edilib;
4. “030207 Kino-video nümayişi” ixtisas qrupuna “Video çəkilişi üzrə operator” ixtisasından sonra “İşıq operatoru”, “Media və audiovizual texnologiyaların istismarı”, “Kinomontajçı” və “Səs operatoru” ixtisasları əlavə olunub;
5. “030208 İaşə xidməti” ixtisas qrupuna “Barmen-ofisiant” ixtisasından sonra “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Somelye” və “Barista” ixtisasları əlavə edilib;
6. “030209 Kimyəvi təmizləmə aparatçısı” ixtisas qrupuna “Ləkəçıxaran” ixtisasından sonra “Kimyəvi və quru təmizləmə işləri üzrə operator” ixtisası əlavə olunub;
7. “030210 Bərbərlik” ixtisas qrupuna “Bərbər-vizajist” ixtisasından sonra “Qrimçi-pastijor”, “Lazer epilyasiyası və depilyasiya texniki”, “Makiyaj ustası” və “Saç kəsimi və gözəllik xidmətlərinin təşkili” ixtisasları əlavə edilib;
8. “030213 Bələdçilik” ixtisas qrupuna “Yerli bələdçi” ixtisasından sonra “Turizm təşkilatçısı” ixtisası əlavə olunub;
9. “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Avtomatlaşdırılmış texnologiyalar və istehsal üzrə operator” ixtisasından sonra “Avtomatika sistemlərinin istismarı” və “Avtomatika üzrə usta” ixtisasları əlavə edilib;
10. “030217 Gəmiçilik xidməti” ixtisas qrupunda “Növbətçi köməkçisi” ixtisası “Növbətçi” ixtisası ilə əvəz olunub;
“030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupu üzrə:
1. “Kompyuterlərin təmiri və xidməti üzrə texnik” ixtisasında “Kompyuterlərin” sözü “Kompüterlərin” sözü ilə, “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisasında “kompyuter” sözü “kompüter” sözü ilə və “Kompyuter operatoru” ixtisasında “Kompyuter” sözü “Kompüter” sözü ilə əvəz edilib;
2. “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasından sonra “Sistem və şəbəkə xidməti üzrə 3 texnik”, “Veb-dizayner və proqram təminatçısı”, “Kompüter sistem inzibatçısı”, “Kibertəhlükəsizlik”, “Kompüter sistemlərində proqramlaşdırma”, “Veb-dizayn və proqram təminatı”, “İnformasiyakommunikasiya texnologiyaları üzrə texnik”, “Kompüter sistemlərində proqram təminatı”, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” və “Kompüter ustası” ixtisasları əlavə olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

