Milli Məclisdən Kanada Parlamentinə
12.09.2023 [10:35]
Qondarma Dostluq Qrupunun bəyanatı Kanadanın mövqeyinə ziddir
Günel ABBASOVA
Ötən günlərdə Kanada Parlamentində Qondarma “Kanada-Artsax Dostluq Qrupu” təxribata yönəlik bəyanat vermişdi. Sözügedən bəyanata Azərbaycan Parlamenti də öz münasibətni bildirərək Kanada Parlamentini bu cür böhtançı çıxışlara qarşı ayıq olmağa çağırıb.
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə “Yeni Azərbayan”a açıqlamasında bildirib ki, Ermənistanın dezinformasiya yaymaq və manipulyasiya cəhdləri son dövrlərdə daha da artıb: “Bu mənada, Kanada Parlamentində verilən “bəyanat”ın təxribat xarakterli olması təəccüblü deyil. Biz Azərbaycan-Kanada Parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, Kanada Parlamentində Qondarma “Kanada-Artsax Dostluq Qrupunun” verdiyi sonuncu bəyanatla bağlı öz dərin hiddətimizi bildiririk. Kanada Parlementində qondarma qrup tərəfindən verilən bəyanat Azərbaycanın suveren hüquqlarına açıq- aşkar hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.
Təəssüf doğuran başqa bir məqam da budur ki, bu bəyanat Kanada Parlamentində yaradılmış və mövcud olmayan qondarma qurumun “Dostluq Qrupu” adından verilib”.
M.Abbazsadə qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylər göstərdiyi halda, Qarabağ regionundakı etnik erməniləri girovluqda saxlayan separatçı ünsürlər və onları dəstəkləyən revanşist qüvvələr, həmçinin Ermənistan və onların havadarları bu səyləri pozmaq üçün gecə-gündüz çalışırlar: “Azərbaycan Qarabağda yaşayan etnik ermənilərlə müzakirələr aparmaq, eləcə də həmin erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını asanlaşdırmaq üçün xüsusi nümayəndə təyin edib. O cümlədən Azərbaycan prezidenti cənab İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin mədəni, dini, təhsil və bələdiyyə hüquqlarının qorunacağına zəmanət verib”.
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramovun sözlərinə görə, Qarabağ bölgəsindəki separatçı rejim Azərbaycanın sülh və birgə yaşayışla bağlı təkliflərinə məhəl qoymur: “Hətta bu təkliflərin reallaşmasına-Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən göndərilən ərzaq yardımlarının etnik ermənilərə çatdırılmasına mane olmaq üçün Ağdam-Xankəndi yolunu bağlayıb. Azərbaycanın açıq şəkildə irəli sürdüyü təkliflərdən biri də odur ki, Ağdam-Xankəndi yolu açıldığı təqdirdə, Laçın yolu da işlək vəziyyətə salınacaq. Bu təklif təkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq tərəfdaşlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərçivəsində keçirilən son müzakirələrdə də təsdiqlənib”.
Deputat bildirib ki, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma separatçı rejim Ermənistanın Azərbaycanın suveren ərazilərini işğalını və etnik təmizləməsini ört-basdır etmək üçün istifadə edilən və hazırda Ermənistan tərəfindən dəstəklənən bir alətdir: “Kanada Parlamentində verilən bu kimi bəyanat bir yana qalsın, ümumiyyətlə, Kanada Parlamentində belə bir qrupun olması, Kanadanın xarici siyasəti, beynəlxalq hüququn norma və prinsiplərində tutduğu mövqeyinə ziddir və biz də bunu doğru hesab etmirik. Kanada Parlamenti Ermənistanın bu cür təxribat xarakterli bəyanatlarına qarşı ayıq olmalı, regionda sülh prosesini, həmçinin parlamentlərimiz arasında dostluq münasibətlərinin qorunması üçün öz mövqeyini açıq şəkildə bildirməli və Parlamentdə münasibətlərimizə xələl gətirən addımların atılmasına yol verməməlidir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

