“Redikül müxalifət” düşmən dəyirmanına su tökür...
15.09.2023 [10:40]
Tofiq Yaqublunun erməni və Qərb təəssübkeşliyi
Ölkəmizdə mövcudluğunu yalnız sosial şəbəkələrdə, xaricdə oturub Azərbaycanda min bir budaq silkələyən Qənimət Zahidin, Sevinc Osmanqızının və digərlərinin internet televiziya kanallarında Azərbaycan əleyhinə iddialar ortaya qoymaqla təsdiqləyən müxalifət kəsim müxtəlif cür adlandırılır. Bölgünü əksər hallarda elə müxalifətçilərin özləri aparırlar. Məsələn, ölkə hüdudlarından kənardan Azərbaycan əleyhinə səslənənlər “mühacirət müxalifəti” deyə çağrılır. Bu addan məmnun olan sonuncular isə əli kərimlilərin, tofiq yaqubluların, gültəkin hacıbəylilərin və bu qəbildən olan digərlərinin yer aldıqları ölkə daxilindəki müxalifət kəsimi “cib müxalifəti”, “avtobus müxalifəti”, “reyestr müxalifəti” və s. aşağılayıcı adlarla müxtəlif qruplara bölürlər. Təbii ki, öz dünyagörüşlərindən, kriteriyalarından, mədəni-əxlaqi səviyyələrindən çıxış etməklə. Ancaq daxildəki və xaricdəki müxalifətçiləri müxtəlif adlarla bir-birindən ayırmağın heç bir mənası yoxdur. Çünki onların hamısı eyni mərkəzlərə - xaricdəki anti-Azərbaycan dairələrə xidmət göstərirlər, fəaliyyətlərinin istiqamətlərini həmin mərkəzlərdən qrantlar müqabilində aldıqları tezislər əsasında müəyyənləşdirirlər. Xoşbəxtlikdən, özlərini müxalifətçi kimi göstərmək istəyənlərin sayı barmaqla sayılacaq qədər azdır. Bu sırada Azərbaycan dövlətinə qarşı sifarişlər yerinə yetirməyi özlərinə rəva görənlər yer alırlar. Onları birləşdirən məhz bu kimi amillərdir. Buna görə də biz onları elə “redikül müxalifət” adlandırmağı məsləhət görərdik. “Redikül” sözü fransız dilindən tərcümədə “kiçik qadın çantası” anlamını verir. Müxalifətçilərin sayının azlığını və onların zaman-zaman ortaya qoyduqları iddiaların dayazlığını, heç bir işə yaramamasını ifadə etmək üçün bu söz ən optimal seçim olardı. Qoy bundan sonra müxalifət düşərgəsində yer alanlar bir-birinə ad axtarmağa vaxt itirməsinlər və “redikül” sözündən bəhrələnsinlər.
“Redikül müxalifət”in ən “parlaq” simalarından biri kimi Tofiq Yaqublunu fərqləndirə bilərik. Qısa anons edək ki, Tofiq Yaqublu daim özünü cəmiyyətə “yazıq”, “çörəyini güclə qazanan” obrazında təqdim etməyə çalışır. Həmişə ah-nalə edir ki, heç yerdə işləmir və gəlir mənbəyi də yoxdur. Lakin bilənlər bilirlər ki, “heç yerdə işləməyən” Tofiq Yaqublunun 60 minlik minik avtomobili var. Necə deyərlər, var-dövləti özünə qismət olsun! Ancaq yazıqlanmaq nəyə lazımdır? Onsuz da hər kəsə bəllidir ki, müxalifətçilərin əli daim Qərbdəki Sem dayıların cibindədir. Bunlar başqa bir söhbətin mövzusudur.
Keçək mətləbə. Digər müxalifətçilər kimi, Tofiq Yaqublu da vaxtaşırı Azərbaycanın milli maraqları ilə daban-dabana ziddiyyət təşkil edən açıqlamaları ilə gündəmə gəlir. “Vaşinqton və Brüssel hesab edir ki, Dağlıq Qarabağ ermənilərinin heç bir statusu olmamalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Mən isə hesab edirəm ki, Dağlıq Qarabağ ermənilərinin özünəməxsusluğu var, onların statusu olmalıdır”. Bu açıqlama ilə Tofiq Yaqublu bir qədər bundan əvvəl çıxış etmişdi. Bununla da “redikül müxalifət” düşərgəsinin təmsilçisi Bakının qətiyyətlə rədd etdiyi, Brüssel, Vaşinqton formatlarında belə səsləndirilməyən, hətta N.Paşinyanın da dilinin ucuna gətirmədiyi terminləri gündəmdə saxlamağa çalışıb. Bu sifariş Tofiq Yaqubluya haradan gəlmişdi?
“Məzlum” Tofiq Yaqublu oxşar məzmunlu növbəti açıqlama ilə gündəmə gəlib. O deyir ki, “Azərbaycan dövləti Ermənistan-Azərbaycan konfliktində ədalətli və konstruktiv mövqe tutmuş Qərbə qarşı təbliğat aparıb”.
Görəsən Tofiq Yaqublu Qərb dairələrinin hansı konstruktiv və ədalətli yanaşmasından danışır? Keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi təxminən 30 il ərzində, necə deyərlər, Qərb institutlarının inhisarında idi. Həmin dairələrin təmsilçiləri daim regiona təmtəraqlı səfərlərə gəlirdilər və həmişə də ikili standartlardan çıxış edirdilər. Nəticə sıfır oldu. Azərbaycan ərazi bütövlüyünü məhz öz gücünə təmin etmək məcburiyyətində qaldı. BMT-nin qətnamələrinin yerinə yetirilməməsi, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmaması məgər ədalətli mövqedir, ay Tofiq Yaqublu?
Bu sual yalnız Tofiq Yaqubluya deyil, əslində bütün “redikül müxalifət” cameəsinə aiddir. Burada yer alanların hamısı düşmən dəyirmanına su tökən tofiq yaqublulardırlar.
Mübariz ABDULLAYEV
“Redikül” sözü fransız dilindən tərcümədə “kiçik qadın çantası” anlamını verir.
Müxalifətçilərin sayının azlığını və onların zaman-zaman ortaya qoyduqları iddiaların dayazlığını, heç bir işə yaramamasını ifadə etmək üçün bu söz ən optimal seçim olardı. Qoy bundan sonra müxalifət düşərgəsində yer alanlar bir-birinə ad axtarmağa vaxt itirməsinlər və “redikül” sözündən bəhrələnsinlər
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13

