/ / İcma: ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir
İcma: ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir
15.09.2023 [11:42]
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə -hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendezin 2023-cü il sentyabrın 14-də ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib. ABŞ rəsmisi Laçın yolunun dərhal açılmasını tələb edib və “Dağlıq Qarabağın əhalisinə qarşı” güc tətbiqini qəbul etməyəcəklərini bildirib.
AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunub: “Əvvəla, ABŞ hökumətinə yaxşı məlumdur ki, Laçın yolu bağlı deyil. Bu yoldan Azərbaycanın qanunları çərçivəsində istifadəsinə əngəl törədən Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistan hökuməti və onun Azərbaycanın Qarabağ bölgəsində hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləridir.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı, əslində, mövcud olmayan təhlükə ilə bağlı Y.Kimin əsassız iddiası ilə bağlı soruşmaq istərdik ki, Ermənistanın öz ərazisindən 300 min, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən 700 min azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini işğal etməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurmasına, 20 mindən çox azərbaycanlı mülki şəxsi öldürməsinə, 900-dən artıq Azərbaycan yaşayış məskəninin viran qoymasına, Azərbaycan ərazilərinin bir hissəsini çirkləndirməsinə, əsir və girov götürdüyü 4000-dən çox azərbaycanlının taleyinə aydınlıq gətirməməsinə ABŞ hökuməti nə üçün biganə qalıb?
Azərbaycan və Ermənistan arasında münasibətlərin və yerdə vəziyyətin bütün incəliklərindən xəbərdar olan ABŞ hökumətinin azərbaycanlılara qarşı törədilmiş bu qədər haqsızlığa göz yumması, Ermənistanın əsassız iddialarını dəstəkləməsi ABŞ-ın nə “insan haqlarının qlobal müdafiəçisi” kimi, nə də Azərbaycan və Ermənistan arasında sülhü təşviq edən tərəfdaş kimi rollarına uyğun gəlmir.
Sülhdən, ədalətdən dəm vuran ABŞ hələ də Ermənistandan öz ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmağı, qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsini tələb etmir. ABŞ-ın postsovet məkanında digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıdığı, separatizmə qarşı çıxdığı bir şəraitdə, Azərbaycana gəldikdə yenə də nala-mıxa vurması qəbuledilməzdir. Y.Kimin əmr şəklində danışıq tonu da yersizdir. Dövlət Departamentinin rəsmisi ünvanları səhv salıb. Y.Kimə xatırladırıq ki, ABŞ siyasətçiləri, diplomatları yeri gəldi-gəlmədi hər yerdə Amerikanın suverenliyi məsələsini qabardırlar. Azərbaycanın suverenliyi heç bir ölkənin, o cümlədən xanım Kimin təmsil etdiyi ABŞ-ın suverenliyindən əskik deyil.
ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, insan hüquqlarının müdafiəsi məsələsində etnik ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

