/ / İcma: Ermənistan Azərbaycana qarşı başlatdığı diplomatik və infomasiya müharibəsini hərbi müstəviyə keçirir
İcma: Ermənistan Azərbaycana qarşı başlatdığı diplomatik və infomasiya müharibəsini hərbi müstəviyə keçirir
19.09.2023 [12:19]
Qərbi Azərbaycan İcması qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib.
Bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.
Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş terror aktlarını kəskin şəkildə pisləyib və həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib.
"Hesab edirik ki, terror aktlarının törədilməsi üçün azad edilmiş ərazilərimizdə çəkilən yolların seçilməsi heç də təsadüfi deyildir. Bu, əvvəlcədən planlaşdırılmış, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin qayıdışının qarşısının alınmasına, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır.
Görünən odur ki, Ermənistan son aylar Azərbaycana qarşı başlatdığı diplomatik və infomasiya müharibəsini artıq hərbi müstəviyə keçirir. Ermənistan nəinki bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla əlaqədar Qərbi Azərbaycan İcması ilə dialoq aparmaq niyyətindədir, əksinə Azərbaycana qarşı ərazi iddiasını “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mexanizmin təsis olunması” adı altında davam etdirir", - təşkilatdan qeyd olunub.
Bildirilib ki, terror aktlarının, dünya liderlərinin iştirakı ilə BMT Baş Assambleyasının ümumi müzakirələrinin başlandığı gün törədilməsi Ermənistanın və onun Azərbaycanın suveren ərazilərində yaratdığı oyuncaq xunta rejiminin azğınlaşmasını, reallıq hissini tam itirdiyini göstərir.
"Bu qanlı cinayəti, Ermənistanın Azərbaycana qarşı təcavüzünü mina terroru formasında davam etdirməsi kimi dəyərləndiririk. Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərk-silah edilməli və xunta rejimi ləğv olunmalıdır.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bölgəni qana çalxalamaq niyyəti güdən bu təhlükəli siyasətdən çəkinmək üçün Ermənistana təzyiq göstərməyə çağırır", - təşkilatdan vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

