Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dilbər guşəmiz – Lahıc kəndi

Dilbər guşəmiz – Lahıc kəndi

20.09.2023 [15:32]

Azərbaycan guşələri

Şahanə

Lahıc kəndi - İsmayıllı rayonunun ən qədim, yerli və xarici turistlərin daha çox diqqətini çəkən kəndlərindən biridir. Sıldırımlı dağların ətəyində olduğu üçün bir o qədər də kəndə gedən hər kəsə adrenalin hissini yaşadır.

Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Kənd Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə  Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.

Lahıc qəsəbəsinin ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahicın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar. Əlavə olaraq yol üstündə yerləşən, asma körpü və Gəndov şəlaləsi də gəzinti üçün gediləsi yerlər siyahısında yer alır.

Lahıc Bakıdan 180 kilometr və rayon mərkəzindən 37 kilometr məsafədə yerləşir. Yeddi dağın əhatəsində yerləşən Lahıcın bir xüsusiyyəti onu bütün Şərq şəhərlərinə bənzədir. Bu 7 dağda 7 bulaq, 7 məhəllə, 7 hamam var. Lahıcda hər şey 7 rəqəmi ilə bağlıdır. Hazırda Lahıcın əhalisi təxminən 2000 nəfərə yaxın bir saydadır.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Xəbər lenti

Siyasət

Xəbər lenti

Analitik

Məkrli plan...

30 Noyabr 11:15

Xəbər lenti

Daha 63 sakin...

30 Noyabr 11:13

Siyasət

Xəbər lenti

Siyasət

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30