Paşinyanın impiçment edilməsi gündəmdə
22.09.2023 [11:11]
Mübariz
Azərbaycanın özünün suverenliyini və konstitusiya quruluşunu bərpa etmək məqsədilə sentyabrın 19-da Qarabağ bölgəsində başladığı və cəmi bir gün ərzində uğurla tamamladığı antiterror tədbirləri Ermənistanda Nikol Paşinyan hakimiyyətinə müxalifətdə olan qüvvələrin daha da fəallaşması üçün bir növ göydən düşmə fürsət olub. Hələ də ambisiyalar nümayiş etdirən, Nikol Paşinyanla haqq-hesab çəkməkdən ötrü hər şeyi etməyə hazır olan sabiq prezidentlər Serj Sarkisyan, Robert Köçəryan və onlara bağlı olan qüvvələr yaranmış vəziyyəti qisas almaq və indiki hakimiyyəti əvəzləmək üçün ən uyğun məqam kimi dəyərləndirirlər. İrəvan küçələrində, “Respublika” meydanında sentyabrın 19-dan başlayan etiraz mitinqləri səngimək bilmir. Aksiyaların iştirakçıları baş nazir Paşinyan əleyhinə şüarlar səsləndirirlər. Birləşmiş Ermənistan müxalifəti Milli Komitə yaratdığını bəyan edib. Bu komitə baş nazir N. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması mexanizmini hazırlamalıdır. Ermənistan parlamentinin keçmiş vitse-spikeri, “Daşnaksütyun” partiyasının sədri İşxan Saqatelyan qeyd edib ki, parlament çoxluğu N.Paşinyanın impiçmenti məsələsini qaldırıb.
Ermənistanın internet resurslarında yayılan xəbərlərə görə, İrəvanda aksiya keçirən insanlar Nazirlər Kabinetinin qarşısına toplaşıblar. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək bildirirlər ki, məhz N. Paşinyanın yürütdüyü yanlış siyasət nəticəsində Ermənistan təcrid olunmuş vəziyyətə düşüb.
Hökumət binasını mühasirəyə alan, küçələrdə gediş-gəlişi iflic vəziyyətə salan etirazçılar həmçinin Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında etiraz aksiyaları keçiriblər. Bir qrup qəzəbli kütlə səfirliyin bağlanılmasını tələb edib. Eirazçılar “Rusiya düşməndir!”, “Nikol satqındır!” şüarları səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

